|
|
|
Xarici mətbuat səhifələrində |
|
|
|
Böyük Britaniyada 3 milyondan çox uşaq
kitab oxumur |
Böyük Britaniyada 3,8 milyon uşaq
ümumiyyətlə kitab nədir, bilmir. Bu
barədə yaşı 8-16 arasında olan 18 min
uşaq arasında keçirilmiş anket
sorğusunun nəticələri deməyə əsas verir.
Araşdırmalar göstərib ki, qızlar
oğlanlara nisbətən daha çox kitab oxuyur.
Bir həqiqət təsdiqini tapıb ki, hansı
ailədə kitab var, orada uşaqlar kitab
oxuyur və daha yaxşı biliklər əldə
edirlər. Araşdırmalar nəticəsində məlum
olub ki, yeniyetmələrin 19 faizi heç
vaxt kitab hədiyyə almayıb, 12 faiz
kitab mağazasına getməyib, 7 faiz isə
kitabxanada olmayıb. Böyük Britaniya
yazıçıları və jurnalistlər anket-sorğunun
nəticələrini faciə adlandırıblar. Onlar
qeyd ediblər ki, uşaqlar özlərini
həyatda ən maraqlı olan məşğuliyyətdən
məhrum edirlər.
|
|
İsveçli uşaqlar riyazi tapşırıqların
öhdəsindən pis gəlirlər |
İsveçdə
az savadlı ailələrin uşaqları
riyaziyyatdan tapşırıqların öhdəsindən
pis gəlir. Bu barədə İsveçdə aparılmış
sorğular deməyə əsas verir. Ölkədə
üçüncü sinif şagirdləri arasında
keçirilmiş milli testlərin nəticələri
göstərib ki, az təhsilli valideynlərin
uşaqları, valideynləri ali təhsil almış
uşaqlara nisbətən aşağı təhsil
göstəricilərinə malikdir. İsveç Təhsil
Nazirliyinin açıqlamasına görə, bu fakt
riyaziyyat üzrə testlərin nəticələrində
özünü daha qabarıq göstərir.
Valideynləri orta təhsilə (9 sinif)
malik uşaqların 50 faizi riyaziyyat
üzrə tapşırıqların öhdəsindən pis gəlib.
Əksinə, valideynləri gimnaziya və ya
ali təhsil almış uşaqların 80 faizi
bütün riyazi testləri uğurla həll edə
bilib. |
|
Belarus Boloniya prosesinə hazırlaşır |
Belarus Avropa ali təhsil məkanına
qəbula hazırdır. Bu barədə Boloniya
katibliyinin hazırladığı hesabatda qeyd
olunur. Bir sıra ekspertlərin və ictimai
təşkilatların nümayəndələrinin təmsil
olunduğu katiblik hesab edir ki,
Boloniya prosesinə daxil olmazdan əvvəl
bu ölkədə təhsil islahatları həyata
keçirilməlidir. Beləliklə də gələn il
aprelin 26-27-də Boloniya bəyannaməsini
imzalamış 47 ölkənin təhsil nazirlərinin
sammitində Belarusun Avropa təhsil
məkanına inteqrasiyasına dair qərar
qəbul olunmalıdır. Belarus Təhsil
Nazirliyi artıq noyabrın 29-da ölkənin
Boloniya prosesinə qəbulu üçün tələb
olunan rəsmi sənədləri katibliyə
göndərib. Belarus təhsil nazirinin
müavini Aleksandr Juk hesab edir ki,
ölkənin Boloniya prosesinə qoşulması
üçün tələb olunan bütün şərait var.
Ölkədə ikipilləli təhsil sistemi
mövcuddur. Lakin katiblikdə Belarusun
Boloniya prosesinə qəbulu üzrə birmənalı
fikir yoxdur. Qeyd olunur ki, Boloniya
prosesinə qoşulmaq üçün Belarus təhsil
sistemində struktur dəyişiklikləri
həyata keçirilməlidir. Yalnız bundan
sonra təhsil nazirlərinin 2015-ci ildə
keçiriləcək sammitində bu məsələyə dair
müsbət qərar qəbul oluna bilər. |
|
Ukraynada orta təhsilin yeni
standartları hazırlanır |
Bu barədə ölkənin təhsil və elm, gənclər
və idman naziri Dmitri Tabaçnik bildirib.
Nazir qeyd edib ki, orta təhsilin yeni
standartları Ukrayna cəmiyyətinə olduqca
çox vacibdir. Tabaçnikə görə, mövcud
olan məktəb təhsili standartları 10
ildir ki, qüvvədədir. "Təbii ki, onlar
artıq köhnəlib, buna görə də biz indi
yeni standartların yaradılmasına diqqət
ayırmışıq" deyən nazir ibtidai məktəblər
üçün yeni standartların işlənib
hazırlandığını və bu standartlarda bir
sıra inqilabi innovasiyaların tətbiq
olunduğunu vurğulayıb.
İnnovasiyalar arasında birinci sinifdən
xarici dillərin, ikinci sinifdən isə
informatikanın tədrisini göstərmək olar.
Baza və ali məktəblər üçün standartlar
üzərində iş davam edir. Nazir yeni
təhsil standartlarının ilin sonuna kimi
hazır olacağını bildirib. İkinci
mərhələdə isə yeni dərsliklər
yaradılacaq ki, bu proses 2 il davam
edəcək. |
|
Çində məktəblilər üçün gecə astronomiya
dərsi |
Çinin
paytaxtı Pekində və Honkonqda yerli
məktəblər gecə astronomiya dərsi keçmək
qərarına gəliblər. Müəllimlər bununla
şagirdləri unikal Ay tutulması ilə daha
yaxından tanış etməyə çalışıblar. Pekin
və Honkonqda şagirdlər üçün gecə
astronomiya dərsi əsl bayrama çevrilib.
Qeyd edək ki, Ay tutulması başa vurmaqda
olduğumuz ildə ikinci dəfədir ki, baş
verir. Ay tutulması Hindistan,
Avstraliya və Şimali Amerikada da
müşahidə olunub. İnsanlar bütün gecəni
küçə və meydanlarda keçirərək teleskop
və binokllar vasitəsi ilə bu təbiət
hadisəsini izləyiblər. Qeyd edək ki,
növbəti Ay tutulması gələn ilin mayında
olacaq. |
|
İlk uşaq universiteti |
Rusiyanın
Kazan şəhərində ilk uşaq universiteti
açılıb. Universitet Kazan Volqaboyu
Federal Universitetinin təşkilatçılığı
ilə yaradılıb. Artıq 8-12 yaşlı 500-ə
yaxın tələbə universitetdə təhsil alır.
Bu unikal layihənin əsas məqsədi ilk
vaxtlardan uşaqları yeni şəraitdə
həyata hazırlamaq, onlara biliklər
verməkdir. Məşğələlər məktəb tətilləri
vaxtı bazar günləri keçiriləcək.
Uşaqlara pulsuz olaraq mədəniyyət, tarix,
filologiya, musiqi, incəsənət, mülki
hüquq, arxeologiya və psixologiyanın
əsasları öyrədiləcək. Mühazirələri
professorlar, siyasət və incəsənət
xadimləri oxuyacaq. "Gənc tələbə"lərə
tələbə bileti və digər tədris vəsaitləri
veriləcək.
Qeyd edək ki, ilk uşaq universiteti
2002-ci ildə Almaniyanın Tyubingen
şəhərində açılıb. Hazırda Almaniya və
Hollandiyada 80 şəhərdə uşaq ali
məktəbləri fəaliyyət göstərir. Rusiyada
bundan əvvəl ilk uşaq universiteti
Volqoqrad Dövlət Universiteti nəzdində
yaradıılb. |
|
YouTube yeni təhsil meydançası açıb |
Ötən
həftə genişmiqyaslı dizayn tərtibatı
həyata keçirən YouTube yeni təhsil
meydançası yaradıb. Burada
universitetlər və məktəblər üçün 450
mindən artıq təhsil çarxları cəmləşib.
YouTube-nin təhsil proqramının rəhbəri
Angela Lin qeyd edib ki, YouTube for
Schools 3 kateqoriyadan - "İbtidai və
orta təhsil", "Fasiləsiz təhsil" və "Universitetlər"dən
ibarətdir. Təhsilalanlar yalnız "təhsil"
seqmentinə daxil ola bilərlər.
Müəllimlər yuxarıda adıçəkilən
kateqoriyalarda öz tədris metodikaları
ilə çıxış edə və bütün dünyadan olan
həmkarları ilə təcrübə mübadiləsi apara
bilərlər. |
Xarici mətbuat materialları əsasında hazırladı:
Oruc MUSTAFAYEV |
|
|
|
|
|
|
|
|
BİZ
TORPAQLARIMIZA QAYIDACAĞIQ! |
XANKƏNDİ |
26.12.1991 |
XOCALI |
26.02.1992 |
ŞUŞA |
08.05.1992 |
LAÇIN |
18.05.1992 |
XOCAVƏND |
02.10.1992 |
KƏLBƏCƏR |
04.04.1993 |
AĞDƏRƏ |
07.07.1993 |
AĞDAM |
23.07.1993 |
CƏBRAYIL |
23.08.1993 |
FİZULİ |
23.08.1993 |
QUBADLI |
31.08.1993 |
ZƏNGİLAN |
29.10.1993 |
|
|
|
|
|
|
|