Lənkəran ŞTŞ-ın müdir əvəzi G.Bağırovun verdiyi
məlumatda bildirilir ki, bu il dekabrın 11-də
şəhər 1, 3, 4 və 5 nömrəli tam orta məktəblərdə
ana dili və ədəbiyyat, riyaziyyat, informatika,
fizika, kimya, biologiya, Azərbaycan tarixi,
coğrafiya və xarici dil fənləri üzrə
olimpiadanın şəhər turu keçirilib.
Təlimata uyğun hər bir şərait yaradılaraq
mütəşəkkil şəkildə keçən bu olimpiadada 1376
şagird iştirak edib. Onlardan 17 nəfər I, 20-si
II, 20-si III, 55 şagird isə həvəsləndirici
yerlər tutub.
Hazırda olimpiadanın şəhər turunun ikinci
mərhələsinə hazırlıq işləri gedir.
ƏDALƏT |
|