Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

16 Dekabr 2011 - ¹49

 

Ulu öndərin xatirəsinə ehtiram

 

 Dekabrın 12-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi. Tədbirdə institutun professor-müəllim heyəti, müdavimlər və tələbələr iştirak edirdilər. Öncə iştirakçılar ulu öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Tədbiri giriş sözü ilə açan institutun rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanov görkəmli siyasi xadim Heydər Əliyevin həyatı, fəaliyyəti, Azərbaycanın müstəqilliyinin bərpası və möhkəmlənməsində, ölkəmizdə sabitliyin bərqərar olunmasında, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda əvəzsiz xidmətlərindən bəhs etdi. Bildirdi ki, dahi lider hələ    1969-cu ildə ilk dəfə hakimiyyətə gələndən sonra ölkəmizdə bütün sahələrdə sürətli dönüş yarandı. Həmin dövrdən başlayaraq respublikamızda bir çox sənaye müəssisələri, zavod və fabriklər tikildi, aqrar sahə sürətlə inkişaf etdirildi, yeni ali məktəblər, həmçinin aktual sahələr üzrə ixtisaslar və fakültələr yaradıldı. Çox keçmədi ki, Azərbaycan keçmiş Sovetlər Birliyinin aparıcı respublikalarından birinə çevrildi. Ümummilli lider bununla yanaşı Azərbaycanın gələcək intellektual kapitalının formalaşması istiqamətində də bir sıra ciddi layihələr həyata keçirdi. Müqayisə üçün qeyd edim ki, əgər 1969-cu ildə SSRİ-nin qabaqcıl ali təhsil müəssisələrinə təhsil almaq üçün Azərbaycandan hər il 50-yə qədər gənc göndərilirdisə, bu göstərici 1980-ci illərin əvvəllərində 1000-dən çox idi. Azərbaycanın ali məktəblərinin yuxarı kurslarından, həmçinin aspirantura və doktoranturaya göndərilənləri də nəzərə alsaq, hər il 1500-ə qədər gənc respublikamızdan kənara ölkənin intellektual potensialının güclənməsi məqsədi ilə göndərilir və onlar üçün müvafiq şərait yaradılırdı.

Elmə, təhsilə daim xüsusi diqqət yetirən ulu öndər Heydər Əliyev Azərbaycanın ən qabaqcıl ali təhsil ocaqlarının yubileylərinin dövlət səviyyəsində keçirilməsi, həmçinin təhsil müəssisələrinin maddi-texniki bazasının və kadr potensialının gücləndirilməsi istiqamətində böyük işlər həyata keçirmişdir. Gələcəkdə informasiya cəmiyyətinin inkişafını müəyyənləşdirərək ulu öndər  BDU-da tətbiqi riyaziyyat və kibernetika fakültəsini yaratdı ki, bu fakültənin məzunları da hazırda informasiya cəmiyyətində yaşayan ölkəmiz üçün əvəzsiz xidmət göstərirlər.

Ümummilli lider Heydər Əliyevin zəngin və qədim tarixə malik bir xalqın ən böyük müstəqillik arzusunu həyata keçirdiyini, ölkəmizin müstəqilliyini əbədi etdiyini vurğulayan professor Asəf Zamanov xalqımızın təkidli tələbi ilə ulu öndərin ikinci dəfə hakimiyyətə gəlməsini, xalqı ağır bəlalardan xilas edərək, çox güclü və müstəqil dövlət qurduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, əsası ümummilli lider tərəfindən qoyulmuş quruculuq siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. Hazırda Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının üzvü olan 15 ölkə sırasında özünə layiqli yer tutması, iqtisadi inkişaf sürətinə görə dünyanın lider ölkələri sırasında olması məhz bu uğurlu siyasətin nəticəsidir. Nə qədər Azərbaycan var, nə qədər Azərbaycan xalqı var, ulu öndərimiz Heydər Əliyevin xatirəsi  daim yaşayacaqdır.

Digər çıxış edənlər görkəmli siyasi xadim Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı əvəzsiz tarixi xidmətlərindən, xilaskarlıq missiyasından danışdılar. 

Niyazi RƏHİMOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov