Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

16 Dekabr 2011 - ¹49

 

Ankarada ulu öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

 

Azərbaycan xalqının ümummilli lideri, türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin əziz xatirəsi Azərbaycanın Türkiyədəki səfirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Ankaranın "Şeraton" hotelində keçirilən geniş mərasimdə anılmışdır.

Mərasimdən əvvəl Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, təhsil naziri Misir Mərdanov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, deputatlar, ictimaiyyətin nümayəndələri Türkiyə paytaxtındakı Heydər Əliyev parkına gəlmiş, ulu öndərin möhtəşəm abidəsinin önünə əklil qoymuşlar.

Ulu öndərin abidəsinin önündə çıxış edən Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov Heydər Əliyev şəxsiyyətinin ucalığı, onun Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən bəhs etmiş, xatirələrini bölüşmüşdür.

Mərasimdə ulu öndər Heydər Əliyevin Türkiyə ilə qardaşlıq münasibətlərinin möhkəmlənməsində əvəzsiz xidmətlərindən bəhs edən "Türklüyün bayraqdarı" sənədli filmi nümayiş etdirilmişdir.

Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov mərasimi açaraq, təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün əziz olan Heydər Əliyevin qardaş Türkiyə ilə əlaqələrin gücləndirilməsi istiqamətində fəaliyyətindən bəhs etmişdir.

Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirmişdir ki, Azərbaycanın dövlət bayrağının bütün dünyada dalğalanması, aparıcı ölkələr sırasında layiqli yerini tutması ulu öndər Heydər Əliyevin müdrik siyasəti, gərgin fəaliyyəti nəticəsində həyata keçmişdir. Bu gün Azərbaycanın bütün şəhər və kəndlərində olduğu kimi, qardaş Türkiyənin də şəhərlərində dahi şəxsiyyətin xatirəsi ehtiramla anılır. Bu, təsadüfi deyildir. Çünki ulu öndər qardaş Türkiyəni də Azərbaycan qədər sevirdi. Ankaradakı möhtəşəm abidə, İstanbulun Sarıyer rayonundakı heykəl Heydər Əliyevin xatirəsinə böyük ehtiramın təzahürüdür. Türk dünyası xalqlarının qəlbində, insanların ürəyində Heydər Əliyev sevgisi yaşayır. Azərbaycan-Türkiyə əlaqələrinin son yüzillik tarixi iki dahi şəxsiyyətin kəlamı ilə səciyyələnir. Bunlardan biri, Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir", digəri isə Heydər Əliyevin "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir" kəlamlarıdır. İki öndərin müdrik kəlamlarını çiyinlərimizdə daşımaq, gələcək nəsillərə ərməğan etmək bu gün bizim vətəndaşlıq, türklük borcumuzdur.

Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək çıxışında bildirmişdir ki, yüksək diplomatik məharəti ilə "Diplomatiyada Qafqazların maestrosu" kimi şöhrət qazanmış Heydər Əliyevin müdrik siyasəti nəticəsində bu gün Azərbaycan dünyada nüfuzlu, iqtisadi tərəqqiyə nail olmuş bir ölkədir. Türkiyəyə səfərləri zamanı üç dəfə Türkiyə parlamentində çıxış edən dahi siyasətçi, xüsusilə 1994-cü il mayın 6-dakı nitqində türk dünyasının, Azərbaycan ilə Türkiyənin ortaq dəyərlərindən, tarixi mirasımızın qorunması və gələcək nəsillərə çatdırılmasının zəruriliyindən bəhs etmişdir. Təkcə Azərbaycanın deyil, bütün türk dünyasının lideri olan Heydər Əliyev, eyni zamanda ölkələrimiz arasında dövlətlərarası hüququn üzərində bir qardaşlıq hüququnun da əsasını qoymuşdur. O, fırtınalı dənizdə gəmisini limana uğurla çatdıran bir kapitan kimi, Sovet İttifaqının dağıldığı dövrdə millətinə liderlik etmişdir.

Azərbaycanın ən mühüm probleminin Dağlıq Qarabağ münaqişəsi olduğunu diqqətə çatdıran Cəmil Çiçək bildirmişdir ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında təbii sərvətləri məhv edərək insanlığa qarşı cinayət törədir. Bu torpaqların azad olunması və 1 milyondan çox qaçqın və köçkünün yurd-yuvalarına qayıtması bizim əsas hədəfimizdir. Hər il dekabrın 10-da Beynəlxalq İnsan Hüquqları Günü qeyd olunur, lakin insan haqlarından bəhs edənlər Azərbaycandakı soyqırımına, zülmə etirazlarını bildirməmişlər. Bu, bizim hamımızın məsuliyyətidir. Burada bir nöqsanımız vardır. Ya insan haqlarından bəhs edənlər səmimi deyil, ya tək tərəfli mövqe tutur, ya da biz dərdimizi kifayət qədər anlada bilməmişik. Davamlı olaraq "soyqırımdan" bəhs edən Ermənistan özü ən böyük soyqırımını 1992-ci ildə Xocalıda törətmişdir və bu qətliamın iştirakçılarından biri Ermənistanın hazırkı prezidenti Serj Sarkisyandır. Ermənistan işğal altındakı torpaqları azad etməli, yurd-yuvasından didərgin saldığı insanlardan üzr istəməlidir.

Mərasimdə çıxış edən təhsil naziri Misir Mərdanov, Mərmərə Qrupu Sosial və Strateji Araşdırmalar Vəqfinin sədri Akkan Suver, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar, Bilkənd Universiteti idarə heyətinin sədri Əli Doğramaçı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Necdət Ünüvar ulu öndər Heydər Əliyevin Azərbaycan və Türkiyə xalqları qarşısında əvəzsiz xidmətlərindən ətraflı bəhs etmiş, onun əziz xatirəsini ehtiramla anmışlar. 

AzərTAc

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov