Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU)
ilə Türkiyənin Sakarya Universiteti arasında
əməkdaşlığa dair protokol imzalanmışdır.
Protokolda iki qardaş ölkənin bu ali təhsil
ocaqları arasında birgə elmi araşdırmalar,
tələbə və müəllimlərin təcrübə mübadiləsi,
konfrans və seminarların keçirilməsi nəzərdə
tutulur.
İmzalanma mərasimindən sonra ADİU-nun biznes
inzibatçılığı fakültəsinin dekanı, professor
Xankişi Xankişiyevin başçılıq etdiyi nümayəndə
heyəti Sakarya Universitetinin iqtisadiyyat
fakültəsinin dekanı, professor Salih Şimşəkin
müşayiəti ilə fakültələri gəzmiş, bu təhsil
ocağının maddi-texniki bazası ilə tanış olmuşdur.
AzərTAc |