Dekabrın
2-də Bakıdakı "Ankara məktəbi" məktəb-liseyində
fizika fənnindən keçirilən fizika aylığına yekun
vuruldu. Liseyin fizika müəllimi, "Ən yaxşı
müəllim" müsabiqəsinin qalibi Samirə
Məşədibəyovanın təşkilatçılığı ilə keçən
tədbirdə tədris ocağının müəllim-şagird
kollektivi iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan məktəb-liseyin
direktoru Səmayə Eynullayeva iştirakçıları
salamlayaraq qeyd etdi ki, liseydə ənənəvi
olaraq müxtəlif fənlərin aylıqları təşkil olunur.
Bu da həmin fənlərə olan marağı artırmaq,
istedadlı şagirdləri aşkara çıxarmağa və
tədrisin keyfiyyətini yüksəltməyə xidmət edir.
S.Eynullayeva bildirdi ki, fizika aylığı ərzində
divar qəzetləri, xüsusi bülletenlər buraxılmış,
fizika gecəsi keçirilmiş, fizika
laboratoriyasında təcrübələr aparılmış, fənnin
tədrisi vəziyyəti yoxlanılmışdır. Məktəb-liseyin
fizika müəllimləri Tamara Həsənova IX sinifdə "Maqnit
induksiya maqnit sahəsinin qüvvə
xarakteristikasıdır", Əsmər Məmmədova IX sinifdə
"Maqnit sahəsinin yüklü zərrəciyə təsiri",
"Lorens qüvvəsi", Nina Qolubeva VIII sinifdə "Mexanizmlərin
faydalı iş əmsalı", Samirə Məşədibəyova isə VII
sinifdə "Təcil. Düzxətli bərabərtəcilli
hərəkətdə sürət" mövzularında "açıq dərs"lər
keçirmişlər. Be lə
tədbirlərin keçirilməsinin şagirdlərdə xüsusi
maraq oyatdığını bildirən S.Eynullayeva tədbirin
təşkilində əməyi olanlara minnətdarlığını
bildirdi.
Sonra məktəb-liseyin rus bölməsinin VII və IX
sinif şagirdləri tərəfindən hazırlanan "Ətalətin
mühakiməsi" adlı kiçik tamaşa iştirakçılara
təqdim edildi. Şagirdlər ətalət hadisəsinin
xeyirli və zərərli cəhətlərini maraqlı
səhnəciklərlə tamaşaçılara çatdırdılar.
Niyazi RƏHİMOV |
|