Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət
büdcəsindən maliyyələşdirilən elm və elmi
tədqiqat müəssisə, idarə və təşkilatlarında (Azərbaycan
Milli Elmlər Akademiyasının tabeliyində olanlar
istisna olmaqla) çalışan işçilərin sosial
müdafiəsini daha da gücləndirmək və onlara
dövlət qayğısını artırmaq məqsədi ilə
QƏRARA ALIRAM:
1. Dövlət büdcəsindən maliyyələşdirilən elm və
elmi tədqiqat müəssisə, idarə və təşkilatlarında
(Azərbaycan Milli Elmlər Akademiyasının
tabeliyində olanlar istisna olmaqla) çalışan
işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən
edilmiş aylıq vəzifə (tarif) maaşları 2011-ci il
dekabrın 1-dən orta hesabla 10 faiz artırılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti
bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 dekabr 2011-ci il |