Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq, təhsil
müəssisələrində çalışan işçilərin sosial
müdafiəsini daha da gücləndirmək və onlara
dövlət qayğısını artırmaq məqsədi ilə
QƏRARA ALIRAM:
1. Dövlət büdcəsindən maliyyələşdirilən təhsil
müəssisələrində (ali təhsil müəssisələri istisna
olmaqla) çalışan işçilərin Vahid Tarif Cədvəli
ilə müəyyən edilmiş aylıq vəzifə (tarif)
maaşları 2011-ci il dekabrın 1-dən orta hesabla
10 faiz artırılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti
bu sərəncamdan irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 dekabr 2011-ci il |