Bakıdakı R.Orucov adına 109 nömrəli tam orta
məktəbdə "Narkomaniyaya yox deyirik!" adlı
tədbir keçirildi. Tədbirin aparıcıları
bildirdilər ki, son illərdə narkotiklərin
qanunsuz dövriyyədən çıxarılması ilə bağlı böyük
işlər görülsə də, narkomaniyanın statistikasında
gəncləşmə müşahidə edilir.
Zərərli vərdişlərin törətdiyi ağır bəlalardan
danışan məktəbin direktoru Fizuli Xudiyev
bildirdi ki, problemin qarşısının alınmasında
maarifləndirmə işinin rolu çox böyükdür.
Tədbirdə məktəbin şagirdləri bildirdilər ki,
böyüməkdə olan gənc nəsil iradəli və möhkəm
olmalıdır. Bu gün hər bir Azərbaycan məktəblisi
pis vərdişlərə meyil göstərməməli, onlar yüksək
səviyyədə tərbiyə olunmalı və savadlı
yetişməlidirlər. Tədbirdə iştirak edən qonaqlar
da çıxış edərək, zərərli vərdişlərin törətdiyi
fəsadlardan danışdılar. Gənclərə tövsiyə olundu
ki, zərərli vərdişlərdən həmişə uzaq olsunlar.
Sonda XXI əsrin ən qlobal problemlərindən olan "Ağ
ölüm"ə -narkomaniyaya düçar olmuş insanların
aqibəti haqqında film nümayiş olundu.
Rəşad ZİYADOV |