Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

2 Dekabr 2011 - ¹47

 

"Sankt-Peterburqda fəlsəfə günləri-2011" elmi-mədəni forumu keçirilib

 

Noyabrın 17-19-da Rusiyanın Sankt-Peterburq şəhərindəki Tavriya sarayında "Sankt-Peterburqda fəlsəfə günləri" adlı 10-cu elmi-mədəni forum keçirilmişdir. Həmin forumda dünyanın məşhur filosofları ilə yanaşı həmyerlimiz - Astara Pedaqoji Kollecinin direktoru, respublikanın əməkdar müəllimi, Rusiya Fəlsəfə Cəmiyyətinin üzvü, fəlsəfə doktoru, dosent Əlihəsən Həmzəyev də iştirak və çıxış etmişdir.

Sankt-Peterburqdan qayıdan Ə.Həmzəyev elmi-mədəni forum haqqında aşağıdakıları söylədi:

"Əvvəlcədən qeyd edim ki, sayca onuncu olan elmi-mədəni forum Sankt-Peterburq Dövlət Universiteti və Sankt-Peterburq Fəlsəfə Cəmiyyəti tərəfindən Sankt-Peterburq hökumətinin, Rusiya Humanitar Elmi Fondunun, MDB iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının, Sankt-Peterburq Qanunvericilik Məclisinin və Fəlsəfə Cəmiyyətinin İnkişaf Fondunun dəstəyi ilə təşkil edilmişdir. Forumun əsas mövzusu "Müasir bəşəriyyətin dəyər dünyaları" idi. Bundan əlavə, forumda sırf fəlsəfi mövzularla yanaşı, həm də qloballaşma dövründə dünyanı əhatə edən problemlər, mədəniyyət və mənəviyyat məsələləri, hakimiyyətlə qarşılıqlı əlaqələr, informasiya cəmiyyətinin nəticələri və digər mühüm məsələlər barədə işgüzar müzakirələr aparılmışdır. Forumda 3 gün müddətində 20-dən çox ümumrusiya və beynəlxalq miqyaslı konfrans, 30-a yaxın "dəyirmi masa", kollokvium və elmi seminar keçirilmişdir. Mən də forumun seksiyalarında iştirak edən nümayəndələr qarşısında "Qloballaşma və informasiya cəmiyyəti" mövzusunda məruzə ilə çıxış etmişəm. Məlumat verim ki, məruzəm və müzakirələrdə fəal surətdə iştirak etməyim nəticəsində məni 2012-ci ilin iyun ayında Nijni-Novqorodda keçiriləcək "Müasir dünyada fəlsəfə: dünya baxışlarının dialoqu" mövzusunda altıncı Rusiya Fəlsəfə Konqresinə dəvət etdilər. Fərəhlidir ki, Forumda daha bir azərbaycanlı alim iştirak edirdi. Bu, fəlsəfə doktoru, Rusiya Fəlsəfə Cəmiyyətinin beynəlxalq məsələlər üzrə vitse-prezidentinin müavini, Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun doktorantı Ariz Gözəlov idi. Onun mövzusu "Qlobal təhlükəsizliyin və qlobal problemlərin nisbəti haqqında (sosial-hüquqi aspektlər)" idi. Forumda yaddaqalan ən xoş və əlamətdar hadisələrdən biri də plenar iclaslardan sonra MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibinin müavini Aydın Cəfərovla görüşümüz oldu. Biz Aydın Cəfərova "Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu. Bakı Forumu" kitabını hədiyyə etdik.  Heydər  Əliyev  Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi  tərəfindən 2011-ci ildə Moskvada nəşr edilmiş bu kitab ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmişdir.

Yaddaqalan hadisələrdən biri də keçən il Astara Pedaqoji Kollecində olmuş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bir qrup iştirakçısı ilə görüşümüz oldu. Fəlsəfə elmləri doktoru, professor, Rusiya Federasiyası hökumətinin nəzdində Maliyyə Akademiyasının fəlsəfə kafedrasının müdiri, Rusiya Fəlsəfə Cəmiyyətinin birinci vitse-prezidenti Aleksandr Nikolayeviç Çumakov hələ də Azərbaycan təəssüratları ilə yaşadığını dilə gətirdi. Eləcə də digər iştirakçılar da bu məsələni xüsusilə vurğuladılar". 

Azad ABDULLAYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov