Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

2 Dekabr 2011 - ¹47

 

Yeni tip müəllimin formalaşması faktoru necə başa düşülür?

 

Məlumdur ki, xalqımızın gələcək taleyi bu gün məktəblərdə oxuyan övladlarımızdan asılıdır. Onları yetişdirmək, tərbiyələndirmək, qlobal çağırışlara cavab verəcək səviyyədə hazırlamaq isə bizim borcumuzdur.

"Müəllim hazırlığının müasir problemləri" mövzusunda keçirilən beynəlxalq elmi konfransda hörmətli təhsil naziri Misir Mərdanov qeyd etdi ki, ali məktəb qarşısında yeni nəsil müəllimlərin hazırlanması və pedaqoji kadrların ixtisasartırmasının müasir, daha səmərəli modelinin yaradılması kimi mühüm vəzifələr durur.

Yeni tip müəllim olmağı yalnız gənc nəsildən gözləmək düzgün olmaz. Məktəblərimizdə savadlı, bacarıqlı, təcrübəli müəllimlərimiz çoxdur. Bəs çatışmayan nədir?

Əlbəttə, fəal təlim metodları şagirdlərin yeni bilikləri müstəqil araşdırmalar yolu ilə əldə etməsini, sərbəst mühakimə yürüdüb öz fikirlərini söyləyə bilməsini, qrup şəklində birgə fəaliyyət vərdişlərinə yiyələnməsini və bu baxımdan dərslərin interaktiv əsasda qurulmasını təmin edir. Lakin fəal təlim metodlarının tətbiqi əvvəlki uğurlarımızın inkarı demək deyil.

Həm orta məktəbdə, həm də sonrakı təhsil illərində əsl pedaqoqun nə demək olduğunu mənə dərk etdirən müəllimlərim olub. İndi də onların keçdikləri dərsləri-mövzunu uşaqlardan almaq üçün problem-situasiyanı necə yaratdıqlarını, mövzulararası əks-əlaqənin təşkili, dərsin həyatla əlaqələndirilməsi və s. məsələləri xatırlayanda, elə müəllimlərin qarşısında baş əyirəm. Və əminliklə deyirəm ki, elm öz elmliyində qalır, elmin şagirdlərə öyrədilməsi üsulları dəyişir. Fəal təlimdə müəllim və şagird bərabərhüquqlu subyekt olsalar da, metodlardan istifadə edən müəllim məhz əsas simadır. Təhsil sahəsində həyata keçirilən hər bir yeniliyin ağırlığının  müəllimlərin üzərinə düşməsi təbiidir. Uğur qazanmaq istəyən müəllim, hər şeydən əvvəl, öz peşəsinin vurğunu olmalıdır. Müəllim yaradıcı, həyata keçiriləcək hər bir dəyişikliyə hazır olarsa və peşəsinin müqəddəsliyini hər zaman qoruyub saxlamağa çalışarsa, yeni - fəal metodların tətbiqi, müasir texnologiyalardan istifadə və s. onun üçün problem yaratmaz.

Məncə, müəllim kollektivdə nüfuz qazanmalı, öz nüfuzunu qorumalıdır. O, savadı, əməksevərliyi, obyektivliyi, davranışı, mədəniyyəti ilə şagirdlərə nümunə olmalıdır. Əqidəsi təmiz olan müəllim bilməlidir ki, onun borcu xalqımızın ənənələrinə bağlı olan, Vətənini, millətini və dilini sevən, müstəqil və yaradıcı düşünən, yüksək əxlaq və mənəvi keyfiyyətləri özündə birləşdirən sağlam və humanist fikirli şagirdlər yetişdirməkdir. Yeni tip müəllim kimi formalaşmaq əlaqədar təhsil müəssisələrindən, RTŞ metodistlərindən və məktəb rəhbərlərindən daha çox hər təcrübəli müəllimin özündən asılıdır.

Mən 34 ildir ki, Azərbaycan dili və ədəbiyyat müəllimi işləyirəm. Bir müəllim olaraq, hər gün öz üzərimdə çalışır, heç bir mövzunu şabloncasına şagirdlərə çatdırmaq istəmirəm. Dərslərimi daha maraqlı qurmaq üçün "Eşit və düşün!" prinsipi ilə  işləyirəm. Şagirdləri tərbiyələndirmək, zövqlərini inkişaf etdirmək, nitqlərini formalaşdırmaq üçün lazım olan əyani vasitələrdən və dərslikdən istifadə edirəm. Biliyin interaktiv yolla qavranılması üçün hər bir əyani vəsaitin diskussiya elementinə çevrilməsinə çalışıram. Eyni zamanda müəllimin canlı, obrazlı danışığının xüsusi rolunu da unutmuram. Düşünürəm ki, xeyli iş təcrübəsi olan savadlı, bacarıqlı, metodik hazırlıqlı, yeni təlim texnologiyalarından istifadə etməklə, işini interaktiv yolla günün tələbləri səviyyəsində quran müəllim elə yeni tip müəllimdir - əgər bilik və bacarığını, ürəyinin hərarətini və gözünün nurunu qayğıkeşliklə şagirdlərin qəlbinə hopdura bilirsə, dünyada ən müqəddəs peşə sahibi olduğunu dərk edirsə... 

Şövkət ASLANOVA,
Bakıdakı 285 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov