2000-ci ildən etibarən "Turizm və regionların
inkişafı" forumu ənənəvi olaraq Rusiya
Federasiyasının Smolensk şəhərində keçirilir.
Forumun işində "Turizm sahəsində maarifləndirmə
təşkilatlarının Avropa Assosiasiyası" (ATLAS),
Beynəlxalq Turizm Akademiyası, Rusiya Coğrafiya
Cəmiyyəti, "Turizm və servis ali məktəbləri
Assosiasiyası", Moskva Dövlət Universiteti və
başqa təşkilatlar fəal iştirak edir.
Bu il keçirilən konfransda Naxçıvan Özəl
Universitetinin və NDU-nun müəllimi, fəlsəfə
doktoru Əli Cabbarov iştirak edərək "Azərbaycan
və Rusiya: müasir mədəni-iqtisadi münasibətlərdə
etnik turizmin rolu" mövzusunda geniş məruzə ilə
çıxış etmişdir. Məruzədə etnik turizm termini
altında ölkəmizdən kənarda daimi yaşayan
azərbaycanlıların Azərbaycana gəlməsi və burada
baş verən iqtisadi, mədəni və digər sahələrdəki
yeniliklərlə tanış olmaları vurğulanmışdır.
Nuray ƏSGƏROVA,
Naxçıvan Özəl Universitetinin
Mətbuat xidmətinin əməkdaşı |