Bakıdakı 39 nömrəli tam orta məktəbdə
şagirdlərə möhkəm və əsaslı bilik verməklə
yanaşı onların vətənpərvərlik tərbiyəsinə də
geniş yer verilir. Məktəbin direktoru Tahirə
Əzimova bildirdi ki, məktəbdə vətənpərvərlik
tərbiyəsi ilə əlaqədar təlim prosesində
müvafiq mövzuların tədrisi həyatla, vətənimizin
azadlığı və bütövlüyü uğrunda şəhid olan
qəhrəmanların, görkəmli şəxsiyyətlərin, əfsanəvi
sərkərdələrin həyatı ilə əlaqələndirilir.
Onların keçdikləri şərəfli ömür yolu və vətən
qarşısındakı xidmətləri təhlil olunub şagirdlərə
çatdırılır. Həmçinin Vətən, torpaq haqqında
atalar sözləri və zərb məsəllərdən, bayatı və
əfsanələrdən nümunələr söylənilir. Nəticədə
keçilən mövzunun əhatəli öyrənilməsi,
şagirdlərin dərin bilik əldə etməsi ilə yanaşı,
həm də onlarda vətənpərvərlik hissləri daha da
güclənir.
Bu gün şagirdlərin milli vətənpərvərlik ruhunda
tərbiyə olunması işində ayrı-ayrı fənn
müəllimləri ilə yanaşı, məktəbin gənclərin
çağırışaqədərki hazırlığı rəhbəri Akif
Salahovun əməyi daha çoxdur. Onun zəhməti
nəticəsində məktəbdə müasir tələblərə cavab
verən GÇH kabineti yaradılmış və yuxarı sinif
şagirdləri dərslərini bu kabinetdə keçirlər.
Şagirdlər arasında "Şahin", "Cəsurlar" və b.
idman oyunları keçirilir. Belə yarışlarda
gənclər çox şey öyrənir, nəzəri və praktiki
cəhətdən dərin bilik əldə etməklə vətənə
məhəbbət ruhunda böyüyürlər.
Şakir CƏFƏROV |
|