Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

2 Dekabr 2011 - ¹47

 

Tələbələrimiz beynəlxalq müsabiqədə "Qran-pri" mükafatına layiq görüldülər

 

Bu günlərdə Qazaxıstanın Almatı şəhərində  beynəlxalq tələbə tamaşaları festivalı keçirildi. Festivala dəvət almış  ADMİU-nun tələbələri bu beynəlxalq tədbirə məsuliyyətlə hazırlaşmağa  başladılar. Çünki festivalın məsuliyyətini  hələ tələbələrimiz  2010-cu ildə  Tbilisidə keçirilən festivalda hiss etmiş, onlara göstərilən  qonaqpərvərlik və tamaşaçı alqışı indiyə qədər xatirələrdən silinməmişdi. Bir də axı universitetimizin beynəlxalq müsabiqələrdə iştirak təcrübəsi hələ 1989-1990-cı illərə gedib çıxırdı. O zaman SSRİ incəsənət ali məktəbləri arasında  keçirilən V.Vaxanqov adına bədii qiraət müsabiqəsi tarixi yaddaşlarda yaşayırdı. Hazırda universitetimizdə dərs deyən dosent Kəmalə Mehdiyeva, Xalidə Həsənova həmin müsabiqənin qalibləri olmuşlar.

Qazaxıstana uçuşdan qabaq ADMİU-nun rektoru, professor Timuçin Əfəndiyev tələbələrlə görüşündə bu ənənəni yada salmış, bu gün dünyanın 30 ölkəsinin qabaqcıl sənət ali məktəbləri ilə universitetimiz arasında bağlanmış müqavilələri, artıq  ali məktəbimizin beynəlxalq aləmdə yüksək nüfuza malik olmasını və əsas olaraq təhsil ocağının 90 illiyi qarşısında  daha böyük məsuliyyət  daşımağımızı qeyd edərək layiqli yer tutmaq üçün  öz xeyir-duasını vermişdi.

Almatıda çox böyük qonaqpərvərliklə qarşılandıq. Hər addımda ölkəmizin dünya dövlətləri arasında  malik olduğu nüfuzun, ictimai-siyasi, mədəni sahələrdə qazandığımız nailiyyətlərə görə dövlətimizə və xalqımıza olan böyük hörmətin şahidi olduq. Festivalın açılışı T.Jurqenov adına Qazaxıstan Milli İncəsənət Akademiyasında təntənəli şəkildə keçirildi.

Festival Qazaxıstanın  xalq artisti, professor, teatr təhsilinin banilərindən biri olan rejissor Askar Tokpanovun adını daşıyırdı.

İncəsənət akademiyasının tədris teatrında tamaşaların nümayişi üçün hər şərait yaradılmış, səhnə və tamaşaçı zalı müasir avadanlıqlarla təchiz edilmiş, hər bir tamaşa üçün  bədii, musiqi tərtibatı təmin edilmişdi.

Noyabrın  10-da festivalın açılışından əvvəl kütləvi informasiya vasitələri üçün  mətbuat konfransı keçirildi. Mətbuat konfransında universitetin müasir həyatı və keçdiyi tarixi yol,  yaradıcılıq prosesi və respublikamızın mədəni həyatında tutduğu yüksək mövqe haqqında məlumat verdik.

Mən qeyd etdim ki, professor Timuçin Əfəndiyevin gərgin əməyi və uzunmüddətli rektorluq təcrübəsi sayəsində beynəlxalq aləmdə nüfuzlu bir ali məktəbə çevrilmiş universitetimizdə müasir cəmiyyətin tələbinə uyğun olaraq yeni ixtisas və ixtisaslaşmalar açılmışdır. Bunun nəticəsidir ki, hazırda universitetdə incəsənətin bütün sahələrini əhatə edən  40-a yaxın ixtisas və ixtisaslaşmalar  üzrə peşəkar kadrlar hazırlanır. Yaradıcılıq palitrası baxımından rəngarəng  olan bu ixtisasların universitetimizdə olması onların bir-biri ilə qarşılıqlı əlaqəsini və təsirini zənginləşdirir, yaradıcılıq iqlimi yaradır. Belə bir şərait isə  istedad səviyyələri müxtəlif olan gənclərə qabiliyyət  və bacarıqlarını inkişaf etdirmək üçün münbit şərait yaradır. Göstəriləcək tamaşamızı nümunə gətirərək onun ədəbi materialının, musiqi və bədii tərtıbatının tələbələr tərəfindən hazırlandığını  bildirdim. Ali məktəbimiz haqqında bu məlumatlar böyük maraq doğurdu. Almatının mərkəzi telekanalı tələbəmizdən müsahibə götürərək festivalla bağlı rəyini öyrəndi.

Festivalın münsiflər heyətinə əməkdar incəsənt xadimi, Qazaxıstanın dövlət mükafatı laureatı, professor, teatrşünas Sıqay Amirbəy Topabayuli rəhbərlik edirdi.

Tələbələrimizin çıxışı noyabrın 10-da Astana Mədəniyyət və Teatr İnstitutunun tələbələrinin çıxışından sonra  başladı. Tələbələrin çıxısı alqışla qarşılansa da, tamaşaçılar da müəyyən nöqsanları görüb öz münasibətini bildirməkdən çəkinmirdilər. Hiss olunurdu ki, həm münsiflər heyəti, həm də  tamaşaçılar çıxışa obyektiv və tələbkarlıqla yanaşırdılar. Tamaşanın gedişi zalda əks-səda doğururdu. Buna görə də mən münsiflər heyətinin tərkibində olsam da,  həyəcan keçirir, tələbələrimizin çıxışlarını səbirsizliklə gözləyirdim.

Beləliklə, tələbələrimizin çıxışını elan etdilər. Zalda ayaq  üstə duranların  sayı oturanların sayından xeyli  artıq idi. Bu maraq məni çox sevindirirdi.

Əsər müxtəlif mövzuları əhatə edən, 7 etüddən ibarət bütöv bir tamaşa idi. Müstəqil olan  hər bir hissə bir-birilə bədii təsvir  və ifadə vasitələri, improvizə, plastika, ritm və aktyorların hissetmə həssaslığı ilə bağlanırdı.

Tamaşa başlanarkən işıq və səs effektlərindən istifadə olunaraq  hər bir obraz xarakterinə uyğun donmuş hərəkətdə işıqlanır və tamaşaçını maraqlandırırdı.

Hər bir hissə böyük alqışlarla qarşılanırdı. Tamaşanın belə müvəffəqiyyətlə getməsində kursun bədii rəhbəri, dosent Vidadi Həsənovun tamaşada  bir rejissor obrazı  kimi iştirak etməsinin rolu böyük idi.

Cəmi 10 tələbənin hazırladığı tamaşanın  təsir gücü  universitetimizdə gedən  yaradıcılıq və tədris prosesinin nə dərəcədə yüksək olduğunu tamaşaçıların və münsiflər heyətinin kəsilmək bilməyən alqışlarından aydın görünürdü. 7  hissənin hər biri  üçün hadisələrə uyğun  musiqi tapılmışdı. Hər bir hissənin mövzusu, xarakteri, ifa dinamikası,  hətta janrı da  müxtəlif idi.  Göstərilən etüdlərdə məzmunla quruluş və formanın həlli səviyyəsi, ifaçılıq məharəti yüksək idi.

Aktyorlar səsləndirilən musiqi parçasını melodiya və plastik hərəkətlər  vasitəsilə nümayiş etdirə bilirdilər. Bəzən elə səhnələr var idi ki, aktyor tamaşaçı ilə səssiz dialoqa girir, keçirdiyi həyəcan və düşüncələrini tamaşaçılara təqdim edə bilirdi.

40 dəqiqəlik tamaşa bitdikdən sonra tamaşaçı zalı uzun müddət alqışlara qərq oldu  və bu alqışlar qələbəmizdən soraq verirdi. Səhəri günü kollektivimiz səhnəyə dəvət olunaraq münsiflər heyətinin qərarını oxuyan Sıqay Amirbəy Topabayuli tərəfindən "Qran-pri" mükafatının qalibi elan edildi və universitetimizin bayrağını ucalda bildik.

Bu qələbə tələbələrin, onlara dərs deyən müəllimlərin, ümumilikdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin qələbəsi idi.  

Rafiq SADIQOV,
ADMİU-nun tədris və
 tərbiyə işləri üzrə
prorektoru, professor

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov