Dekabrda Bakı məktəblərində fənn aylığının
keçirilməsi nəzərdə tutulur.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzərTAc-a
bildirmişlər ki, riyaziyyat fənni üzrə
keçiriləcək fənn aylığından məqsəd bu fənnin
tədrisi səviyyəsini yüksəltmək, eyni zamanda ən
yaxşı fənn müəllimlərini aşkar etmək, qabaqcıl
müəllimlərin təcrübələrini öyrənmək və yaymaqdır.
Fənn aylığı çərçivəsində müxtəlif müsabiqələr,
seminarlar, "açıq dərs"lər, sərgilər və "dəyirmi
masa"lar təşkil ediləcəkdir. Sonda yekun
konfrans keçiriləcək, riyaziyyat üzrə ən yaxşı
"açıq dərs"lər nümayiş etdiriləcəkdir. |