Bakıdakı 111 nömrəli orta məktəbdə "Açıq qapı"
günü keçirilib. Məktəbin direktoru Jalə
Hacıyeva bildirib ki, uzun illərdən bəri
aparılan və artıq ənənəvi hal alan "Açıq qapı"
gününün keçirilməsi tədrisin keyfiyyətinin
yaxşılaşmasına, səviyyəsinin yüksəlməsinə
xidmət edir. Nəticədə pedaqoji kollektivin işinə
məsuliyyəti artır, şagirdləri yaxşı oxumağa,
müəllimləri isə səmərəli fəaliyyətə ruhlandırır.
"Açıq qapı" günündə bir qrup valideyn məktəbin
təlim- tərbiyə sahəsi ilə yaxından tanış
olduqdan sonra qruplara bölünərək ayrı-ayrı
müəllimlərin dərslərində iştirak ediblər.
Sonra qonaqların iştirakı ilə pedaqoji
kollektivdə IX-XI siniflərdə mərkəzləşdirilmiş
şəkildə keçirilmiş imtahanların keçənilki
nəticələri təhlil olunub. Valideynlər arasında
maarifləndirmə işlərinin genişləndirilməsindən
söz açılıb.
Valideynlər məktəbdə görülən işlərdən və
aparılan pedaqoji işin səmərəliliyindən razı
qaldıqlarını bildiriblər.
Şakir CƏFƏROV |