Noyabrın
30-da Bakının Əhmədli qəsəbəsində yerləşən 171
nömrəli tam orta məktəbdə "Uşaq Hüquqları
Konvensiyası günü"nə həsr olunmuş "Uşaqlar
düşünən beynimiz, danışan dilimiz, görən
gözümüzdürlər" adlı tədbir keçirildi.
Şagirdlər Dövlət himnini oxudular. Dövlət
bayrağı səhnəyə gətirildi.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru
İradə Murquzova uşaqlara göstərilən dövlət
qayğısından danışaraq tədbirin əhəmiyyətini qeyd
etdi.
Çıxış edən şagirdlər bildirdilər ki, biz
gələcəyin nurlu yollarının yolçularıyıq. Gələcək
bizim əllərimizlə qurulacaq. Gəlin gələcəyimizi
düşünək, sağlam ruhla, güclü zəka və biliklə
quraq. Məktəbin idmanla məşğul olan şagirdləri
bir-birindən maraqlı nömrələrlə tədbir
iştirakçılarının diqqətini cəlb etdilər.
Şagirdlər ifa etdikləri rəqs nömrələri,
söylədikləri şeirlər və göstərdikləri
səhnəciklərlə həmin günü unudulmaz xatirəyə
çevirdilər.
Tədbirdə iştirak edən professor Yəhya Kərimov,
Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi
Pənah İmanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
baş məsləhətçisi Uğurlu Abbasov və digər
qonaqlar bu günün mahiyyətindən danışaraq
şagirdləri təbrik etdilər.
Sonda fərqlənən şagirdlərə diplomlar təqdim
edildi.
Rəşad ZİYADOV |