Bakıdakı 100 nömrəli orta məktəbdə
sinifdənxaric işlərə geniş yer verilir.
Məktəbin direktoru Gülnarə Məmmədova bildirir
ki, sinifdənxaric tədbirlər təlim-tərbiyə işinin
tərkib hissəsidir. Dərslə sinifdənxaric işlər
bir vəhdət halında elmlərin əsaslarının
şagirdlər tərəfindən dərindən mənimsənilməsinə,
onların əqli, fiziki, estetik, vətənpərvərlik
tərbiyəsinin inkişafına xidmət edir. Eyni
zamanda şagirdlərin biliyə marağı artır, onların
bilik, bacarıq və vərdişləri genişlənir,
şagirdlərin şüurlu intizamı, kollektivçiliyi,
təşəbbüskarlığı və təşkilatçılıq məsuliyyəti
inkişaf edir.
Bu gün təhsil ocağında da tədrisin və
sinifdənxaric işlərin yüksək səviyyədə təşkili
üçün hər cür şərait yaradılıb. Məktəbdə şagird
özünü idarəetmə orqanı fəaliyyət göstərir. Belə
bir təşkilatın yaradılması da şagirdlərin
tərbiyəsində mühüm rol oynayır. Nəticədə
şagirdlərdə vətənə sevgi, milli dəyərlərimizə
isə hörmət aşılanır.
Şakir CƏFƏROV |
|