Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

2 Dekabr 2011 - ¹47

 

Xarici mətbuat səhifələrində

 

Rusiya məktəblərində islam tarixi tədris olunacaq 

Rusiyada islam tarixi və mədəniyyəti üzrə kadrların hazırlanması işi davam etdiriləcək.  "Uçitelskaya qazeta"nın yazdığına görə, bu barədə Rusiya  prezidenti Dmitri Medvedev müsəlman din xadimləri ilə görüşündə bildirib. Onun sözlərinə görə, yaxın 3 il ərzində  bu məqsədlə 1 milyard rubl vəsait ayrılacaq.  "Bu məqsədlə həm 2012, həm də 2013-cü illər üçün vəsait ayrılması, kifayət qədər iri məbləğ - tam bir milyard rubl nəzərdə tutulub",-deyə Medvedev əlavə edib. Rusiyada dini rəngarəngliyin inkişafına bundan sonra da diqqət yetiriləcəyini deyən prezident qeyd edib ki, islam tarixi və mədəniyyəti üzrə mütəxəssislərin hazırlanmasının keyfiyyətinin yüksəldilməsi, islam dini təhsil müəssisələrinin RF ümumtəhsil sisteminə inteqrasiya olunması şübhəsiz ki, vacib vəzifədir.   Onun sözlərinə görə, Rusiya tarixində ilk dəfə "islam teologiyası" ixtisası üzrə dövlət standartı işlənib hazırlanıb və bu, ölkənin iri dövlət ali məktəblərinə islam din xadimlərinin hazırlanması üçün fakültələr açmağa imkan verib.

Qırğızıstanda "Sağlam məktəb" layihəsi həyata keçirilir 

Qırğızıstanın Təhsil Nazirliyinin sərəncamı ilə ölkədə "Sağlam məktəb" layihəsinin həyata keçirilməsinə başlanılıb. Bu barədə layihənin milli koordinatoru Beyşekan Kaliyev bildirib. Onun sözlərinə görə, layihə gigiyena və zorakılıq, qlobal iqlim dəyişkənliyinin uşaqların və gənclərin sağlamlığına təsiri, sağlam qidalanma və yayılmış xəstəliklərin profilaktikası kimi bir sıra geniş mövzuları əhatə edir. Hələlik layihə ölkənin bütün regionlarında, 21 pilot məktəbdə reallaşdırılır. Lakin 2016-cı ilə qədər "Sağlam məktəb" respublikanın bütün məktəblərində tətbiq olunacaq.

"XXI əsrin universitetləri barədə açıq dialoq" 

Yeni texnologiyalardan istifadə, virtual təhsil məkanın yaradılması və öz xidmətlərini bazarda reallaşdırmaq - gələcək universitetlərin başlıca xarakterik xüsusiyyətləridir. Bununla bağlı "XXI əsrin universitetləri barədə açıq dialoq" mövzusunda keçirilmiş beynəlxalq seminarda bildirilib. Ali təhsil sahəsində Avropanın aparıcı mütəxəssislərinin  iştirak etdikləri forumda universitetlərin mümkün inkişaf yolları müzakirə olunub. Avropa Universitetləri Assosiasiyasının (EUA) prezidenti Mariya Xelena Nazare hesab edir ki, bu gün dünyanın əksər ali təhsil müəssisəsi qarşısında duran əsas hədəf özünün təhsil xidmətlərini reallaşdırmağı öyrənməkdir. "Boloniya prosesi universitetlər qarşısında təkcə idarəetmə strukturu və sisteminin dəyişdirilməsi vəzifəsini qoymayıb, həm də bizi sahibkar olmağa məcbur edib",-deyə Nazare bildirib.  Təhsil xidmətləri bazarında uğur qazanmaq üçün Avropa ali məktəbləri PhD tədris sistemini dəyişməlidirlər. "Biz bazarda PhD üçün yer tapmalıyıq. İnsanlara (PhD dərəcəsi alan) bazarda qiymtləndirilən səlahiyyətlər, iqtisadiyyatda liderlik verməliyik". Texas Universitetinin professoru Ostine Pol Restanın sözlərinə görə isə  "biz elə bir təhsil verməliyik ki, bu, iqtisadiyyatın və regionun təsərrüfat fəaliyyətinin inkişafına xidmət etsin".  Onun fikrincə, hazırda universitetlər üçün başlıca çağırış başqadır:"Hazırda biliklərin həcmi hər 18 ayda ikiqat artır. 2020-ci ilə kimi bu artma hər yarım ildə baş verəcək.  Ali məktəblər yeni texnologiyalar çərçivəsində inkişaf etməlidir. Mən əminəm ki, qarşıdan gələn onillikdə biz İnternetdə mövcud olan və  tamamilə elektronlaşmış universitetlər görəcəyik". Resta qeyd edib ki, hazırda auditoriya təhsili keçmişdə qaldı. Bu gün sosial şəbəkələr (yalnız Facebook-un yarım milyard iştirakçısı var) milyonlarla gənci cəlb edir. Gənclər indi müxtəlif  biliklərə yiyələnirlər, İnternet-birlikləri yaradırlar. Texaslı professor hesab edir ki, bütün bunlardan tədris prosesində istifadə olunmalıdır. O, universitetlərin virtual məkanın verdiyi imkandan yararlanmasını vacib sayır.  

Almaniyanın beş ən yaxşı universiteti 

Almaniyada beynəlxalq tədrisyönümlü ən yaxşı universitetlərin adları açıqlanıb. Müsabiqədə iştirak etmiş 28 ali məktəb arasında 5 ali təhsil ocağı fərqlənib. Bunlar Bremen Ali Məktəbi (Hochschule Bremen),  Veymar şəhərindəki Bauxauz Universiteti (Bauhaus-Universitat Weimar), Kotbus Texniki Universiteti (Technische Universitat Cottbus), Gettingen Universiteti (Universitat Göttingen) və Saar Universitetidir (Universitat des Saarlandes).  "Beynəlxalq Universitet - 2011" adına Veymardakı Bauxauz Universiteti layiq görülüb.  Bauxauz Universitetinin hər yeddi nəfərdən bir tələbəsi xarici ölkənin nümayəndəsidir. Professor heyətinin 9 faizi xarici ölkə vətəndaşıdır. Mühazirə və seminarların 40 faizi xarici dildə, əsasən ingilis dilində aparılır. Ali məktəbdə hesab edirlər ki, təhsilin beynəlmiləlləşməsi məqsəd deyil, müasir universitetin ayrılmaz keyfiyyət göstəricisidir.  "Biz öz universitetimizdə əsl beynəlxalq mühit yaratmaq istəyirik.Təhsili başa vurmuş tələbələr Almaniyada qalsalar belə onlar xarici alimlərlə əlaqə  saxlamaq imkanı, dil öyrənmək, beynəlxalq layihələrdə iştirak etmək imkanı qazanmalıdırlar",-deyə universitetin beynəlxalq əlaqələr şöbəsinin müdiri Muriel Xelbinq bildirib.

Türkiyə təhsilinin üstünlükləri 

Türkiyə heç də təkcə kurortları ilə məşhur deyil. Qardaş ölkənin təhsil sistemində son dövrlərdə ciddi keyfiyyət dəyişiklikləri baş verib ki, bundan da çoxlarının məlumatı yoxdur. Əksəriyyəti bu ölkənin təhsil sistemi deyil, Antalyanın 5 ulduzlu otelləri maraqlandırır. Türkiyədə isə kifayət dərəcədə keyfiyyətli  təhsil almaq mümkündür. Bütün təhsil prosesi üçün baza və onun bilavasitə ayrılmaz hissəsi məktəbəqədər təhsildir. Məktəbəqədər müəssisələrin əksəriyyəti özəldir, onlardan yalnız bir qismi dövlətin himayəsindədir. Məktəbəqədər təhsil ocaqları əsasən valideyn və uşaqların bütün zəruri tələbatlarına cavab verən böyük şəhərlərdə yerləşir. Bu müəssisələrin əksəriyyətinin öz xüsusi uniforması var.  Əgər ibtidai məktəbin şagirdi tədris ili ərzində müəyyən olunmuş standart biliyə nail ola bilmirsə, onda dərs ilinin sonunda təhsil proqramı üzrə  təkrar kurs keçməlidir. İbtidai məktəbdə uşaqlar 14 yaşa qədər qala bilər, lakin uğurlu təhsil nəticəsində uşaqlar məktəbi 11 yaşında bitirir və ibtidai məktəbi bitirmələrinə dair diplom alırlar.

Türkiyədə orta təhsil iki mərhələdədir: birinci mərhələ 3 il davam edir, ikinci mərhələ 6 ildir. Bunun isə öz üstünlükləri var. Türkiyə məktəblərində orta tədris proqramı bir sıra Avropa ölkələrinin təhsil proqramlarından heç nə ilə fərqlənmir. Yeganə fərq ondan ibarətdir ki, bütün dərs günü ərzində müəllimlər özləri bir sinifdən digər sinfə  keçir, şagirdlər isə sinfi tərk etmirlər. Orta məktəbi bitirmiş məzunların ali təhsil ocaqlarında təhsillərini davam etdirmək imkanları var. Bu ali məktəb Türkiyədə və yaxud digər ölkədə yerləşə bilər. Məzunlar ali təhsil komissiyasının nəzarəti altında buraxılış imtahanları verirlər. Komissiya universitetlərə qəbul olunacaq namizədləri müəyyən edir və  onların  qəbulunu həyata keçirir. Fakültələrə qəbul orta bal nəzərə alınmaqla keçirilir, məzunların hər hansı fakültədə təhsil alma qabiliyyəti qiymətləndirilir.    

İKT təhsil xərclərini azalda bilər 

Bütün dünyada təhsil xidmətləri sahəsində qiymətlər inflyasiyadan asılı olaraq artır. Lakin Kolumbiya Universitetinin professoru Ceffri Saks hesab edir ki, informasiya-kommunikasiya texnologiyaları sayəsində təhsil qiymətləri kəskin surətdə aşağı düşə bilər. Professor öz iş təcrübəsinə əsasən belə bir qənaətə gəldiyini bildirib. "Bir ali məktəb professoru olaraq mən bunu öz auditoriyamda hiss edirəm. İndi sinif lövhəsini proyektorlar əvəz edib. Kolumbiya Universitetində  biz hər çərşənbə axşamı kompüteri işə salır və bütün dünyanın 20-dən artıq universiteti ilə "dünya auditoriyası"nda birləşirik. Hardasa professor mühazirə oxuyur, yüzlərlə tələbə isə videokonfrans  vasitəsilə ona qulaq asır. İnformasiya texnologiyaları tədris auditoriyasında inqilabi ruh yaradır, birinci sinif tədris materiallarının istehsal xərclərini azaldır", - deyə professor bildirib. Onun sözlərinə görə, bir çox universitetlər öz mühazirələrini İnternetdə yerləşdirirlər ki, bütün dünyada istənilən şəxs fizikanı, riyaziyyatı və ya iqtisadiyyatı öyrənə bilsin. O, belə bir misal göstərib. Cari dərs ilində Stenford Universitetinin iki informatika professoru öz mühazirələrini bütün dünya tələbələri üçün İnternetdə yerləşdirib. Onların tələbələrinin sayı artıq 58000-i keçib.     

Kanada PhD dərəcəsi almış xarici tələbələrə bu ölkədə yaşamaq icazəsi verəcək 

Kanada hökuməti hər il xarici ölkələrdən olan minə yaxın tələbəyə bu ölkədə  yaşamaq icazəsi verməyə hazır olduğunu bəyan edib.  Söhbət bu ölkəyə təcrübəli mütəxəssislərin cəlb olunması üzrə federal proqram (Federal Skilled Worker Program) çərçivəsində PhD dərəcəsi almış tələbələrdən gedir. İndi bu ölkədə ən azı iki il doktorant təhsili almış şəxslər müvafiq imtiyazlarla birlikdə  yüksəkixtisaslı mütəxəssislər hesab olunmaları barədə hakimiyyət orqanları qarşısında məsələ qaldıra bilərlər. Lakin onlar yüksək akademik göstəricilərə malik olmalıdırlar. Onların təhsil aldığı müəssisələr də yerli hökumət tərəfindən akkreditasiyadan keçməlidir. Elmi tədqiqatlarını başa vurmuş xarici mütəxəssislər də elmi dərəcə aldıqdan sonra 12 ay ərzində onlara daimi yaşamaq statusunun verilməsi barədə müraciət edə bilərlər. 

Xarici mətbuat materialları əsasında hazırladı:
 Oruc MUSTAFAYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov