Bu günlərdə Beyləqan rayonundakı S.Abbasov adına
Çəmənli kənd tam orta məktəbi üçün inşa ediləcək
yeni binanın təməlqoyma mərasimi keçirildi.
Yeni bina Təhsil Nazirliyinin sifarişi əsasında
"Qardaşlıq" MMC tərəfindən inşa olunur. Təhsil
ocağı 220 şagird yerlikdir. Fənn kabinetləri,
kimya və fizika laboratoriyaları, kitabxana,
fərdi istilik sistemi, yeməkxana, idman və akt
zalı olacaq məktəb yeni avadanlıqlarla da təchiz
ediləcək.
Bu, yeni tipli müasir tələblərə cavab verən
məktəbin inşası müəllim və şagirdlərin, eyni
zamanda kənd əhalisinin də sonsuz sevincinə
səbəb olub. Onlar övladlarının yüksək səviyyədə
bilik almaları üçün inşa olunacaq bu təhsil
ocağını əvəzedilməz hədiyyə kimi qəbul edirlər.
Çəmənli kənd tam orta məktəbinin pedaqoji
kollektivi və kənd sakinləri bu diqqət və
qayğıya görə ölkə başçısı İlham Əliyevə və
Heydər Əliyev Fondunun prezidenti, millət vəkili
Mehriban xanım Əliyevaya dərin
minnətdarlıqlarını bildirirlər.
ƏDALƏT |