Azərbaycan Dillər Universitetinin rektoru,
millət vəkili, professor Səməd Seyidov "Kavrakoğlu"
şirkətinin baş proqram mütəxəssisi Berain Gün,
proqramın yaradıcısı Hakan Atan və baş menecer
Zeki Günlə görüşüb.
Rektor qonaqları salamlayaraq onları rəhbərlik
etdiyi ali təhsil ocağında görməkdən məmnun
olduğunu bildirib.
Sonra Təhsil Nazirliyinin Təhsil Sisteminin
İnformasiyalaşdırılması İdarəsinin Elektron və
veb məzmunun inkişafı şöbəsinin müdiri Ayaz
Abuşov çıxış edərək görüşün məqsədinin təhsil
müəssisələrində distant təhsilin necə həyata
keçirilməsi ilə bağlı "Kavrakoğlu" şirkətinin
hazırladığı layihənin təqdim edilməsi olduğunu
qeyd edib. Hakan Atan layihə ilə bağlı slayd
təqdim edərək proqramın bütün incəliklərini
görüş iştirakçılarının diqqətinə çatdırıb. O,
təqdim olunan proqram vasitəsilə
universitetlərin tədris planının hazırlanması,
eyni zamanda tələbələrin qeydiyyatının aparılma
qaydaları barədə məlumat verib. Daha sonra isə
proqram barədə fikir mübadiləsi aparılıb.
Sonda rektor Səməd Seyidov təqdim olunan
proqramın gələcəkdə bir çox ali məktəblərdə
istifadə olunacağına əminliyini ifadə edib.
Şakir CƏFƏROV |