Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

2 Dekabr 2011 - ¹47

 

Azərbaycan Futuroloqlar Cəmiyyətinin 5 illik yubileyi qeyd edilib

 

Noyabrın 28-də "Hilton-Baku" otelində Minilliyin layihəsinin Azərbaycan bölməsi olan Azərbaycan Futuroloqlar Cəmiyyətinin 5 illik yubileyi və "Gələcək nəsillərlə üz-üzə" IV ümumrespublika inşa müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir.

Müsabiqə Rabitə və İnformasiya Texnologiyaları, Təhsil, Gənclər və İdman nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və AFC-nin birgə layihəsi olan Minilliyin layihəsinin 15 Qlobal Çağırışı üzrə orta məktəblərin IX-XI sinif şagirdləri və universitet tələbələri arasında keçirilmişdir.

 Azərbaycan Futuroloqlar Cəmiyyətinin sədri Reyhan Hüseynova qurumun 5 illik fəaliyyəti barədə məlumat vermişdir. Bildirmişdir ki, 2006-cı ildə AFC və Minilliyin layihəsi arasında əməkdaşlıq və AFC-nin Minilliyin layihəsinin Azərbaycan bölməsi statusunun əldə edilməsi barədə Memorandum imzalanmışdır. Bununla Azərbaycan bu beynəlxalq təsisatın bölməsinin açıldığı sayca 29-cu ölkə olmuşdur.

 Minilliyin layihəsinin dünya üzrə 40 bölməsinin fəaliyyət göstərdiyini söyləyən R.Hüseynova demişdir ki, bu layihə qlobal, uzunmüddətli strategiyaların erkən xəbərdarlıq və təhlili üçün gələcəyin tədqiqatları ilə məşğul olan beyin mərkəzidir. Professor Cerom Kleyton Qlenin rəhbərlik etdiyi Minilliyin layihəsi illik olaraq 15 Qlobal Çağırış üzrə qlobal dəyişiklikdə siyasi qərarların hazırlanması zamanı yeganə buraxılış olan "Gələcəyin durumu" hesabatını hazırlayır. Bu hesabatın 2006-2008-ci və 2011-ci illər üzrə buraxılışı AFC tərəfindən Azərbaycan və rus dillərinə tərcümə edilmişdir. AFC Azərbaycanda ilk bu tipli tədqiqat mərkəzi olaraq qarşısında müasir meyilləri müəyyən etmək məqsədini qoymuşdur. AFC gələcəyin tədqiqatları zamanı müxtəlif fənlərarası yanaşmalardan, o cümlədən siyasi, iqtisadi, sosial, geosiyasi analizdən istifadə edir və mentalitet, tarix, din, yerli münaqişələr, təhlükəsizlik məsələləri və qlobal meyillər kimi amilləri nəzərə alır.

R.Hüseynova AFC-nin fəaliyyətinin bir istiqamətinin də Azərbaycanın mədəni dəyərlərinin təbliği ilə bağlı olduğunu demişdir. Bildirmişdir ki, AFC-nin RİTN və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ilə birgə həyata keçirdiyi ən son layihələrdən biri "Azərbaycanın gələcək durumu" indeksi araşdırmasıdır. Bu araşdırmanın ilk mərhələsində ölkənin gələcək durumu ilə bağlı onlayn tədqiqat sorğusu keçirilmiş və hesabat şəklində çap edilmişdir.

Sonra AFC-nin fəaliyyətinə həsr olunmuş videosüjet nümayiş olunmuşdur.

 Elmi tədqiqat işlərindən danışan Minilliyin layihəsinin direktoru Cerom Kleyton Qlen qeyd etmişdir ki, dünya tədqiqatçıları qarşımızda böyük problemlər olduğunu bildirmişlər. Lakin 15 illik tədqiqatlardan sonra mən inanmışam ki, bütün bu problemlərin əslində həlli vardır. Sadəcə olaraq zəkalı, ağıllı insanları tapıb onların birgə fəaliyyətini təşkil etmək lazımdır.

 Mərasimdə çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, təhsil naziri Misir Mərdanov, gənclər və idman naziri Azad Rəhimov, Ailə, Qadın və Uşaq Problemləri   üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov AFC-nin fəaliyyətini yüksək qiymətləndirmişlər. Bildirmişlər ki, 5 ildə fəaliyyətini bir sıra istiqamətlərdə həyata keçirən AFC-nin müxtəlif qurumlarla birgə əməkdaşlığı nəticəsində gələcəyin tədqiqatları ilə bağlı tanınmış xarici mütəxəssislər Azərbaycana cəlb edilmiş, beynəlxalq konfrans və toplantılarda Azərbaycan təmsil olunmuşdur.

Tədbirdə cəmiyyətin xarici əməkdaşlarının videotəbrikləri səsləndirilmişdir.

 Sonda qaliblərə sertifikat və qiymətli hədiyyələr təqdim olunmuşdur. 

AzərTAc

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov