Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

2 Dekabr 2011 - ¹47

 

"Biliyə əsaslanan cəmiyyətdə müəllimlərin kompetensiyaları: siyasət, pedaqogika, sosial vərdişlər"
mövzusunda beynəlxalq konfrans

 

Dekabrın 1-də Bakıdakı "Park İNN" otelində "Biliyə əsaslanan cəmiyyətdə müəllimlərin kompetensiyaları: siyasət, pedaqogika, sosial vərdişlər" mövzusunda beynəlxalq konfrans öz işinə başladı. Tədbirin təşkilatçıları YUNESKO, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyidir. Konfransın Azərbaycanda keçirilməsinin təşəbbüskarı YUNESKO-nun Təhsildə İnformasiya Texnologiyaları İnstitutudur. 

Konfransın əsas məqsədi biliyə əsaslanan cəmiyyətdə müəllimlərin başlıca kompetensiyaları (İKT, pedaqoji və sosial kompetensiyalar) əsasında onların peşəkar inkişafı ilə bağlı strategiya, istiqamət və təcrübə ətrafında fikir mübadiləsinin aparılmasıdır. Konfransda təhsil nazirinin müavini Qulu Novruzov, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, YUNESKO-nun Təhsildə İnformasiya Texnologiyaları İnstitutunun direktoru Dendev Badarç,  20-dən çox beynəlxalq ekspert və 60 yerli mütəxəssis iştirak edirdi. Ekspertlər Rusiya, Malayziya, Slovakiya, Finlandiya, Niderland, Ukrayna, İtaliya, Turkiyə, Litva və Belarusu təmsil edirlər.

Qeyd edək ki, YUNESKO-nun Təhsildə İnformasiya Texnologiyaları İnstitutunun (TİTİ) əsas məqsədlərindən biri təhsildə informasiya və kommunikasiya texnologiyalarının tətbiqi üzrə proqramların işlənib hazırlanmasına və reallaşdırılmasına dəstək göstərmək, həm bütün dünyanın, həm də ayrı-ayrı ölkələrin tələblərinə istiqamətlənən proqramlar həyata keçirməkdir. Öz statusu və funksiyaları çərçivəsində TİTİ bütün səylərini təhsil və tədrisə yardım imkanlarının genişləndirilməsi, informasiya texnologiyaları sahəsində milli potensialın gücləndirilməsi, təhsildə rəqəmsal qeyri-bərabərliyin aradan qaldırılması və hamının təhsil ala biləcəyi cəmiyyətin formalaşmasına dəstək göstərilməsi istiqamətinə yönəldir.

TİTİ həmçinin texniki peşə təhsili sahəsində İKT-nin tətbiqi üzrə geniş təcrübə toplayıb. 2001-ci ildə institut tərəfindən "Texniki peşə təhsilində informasiya və kommunikasiya texnologiyaları" layihəsi həyata keçirilib və bu istiqamətdə bir sıra mühüm nəticələr əldə edilib.

Tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini Qulu Novruzov öncə konfrans iştirakçılarını təhsil naziri Misir Mərdanovun adından salamlayaraq ölkəmizdə İKT-nin və digər sahələrin inkişafında mühüm rol oynayacaq konfransın əhəmiyyətindən danışdı. Bildirdi ki, Azərbaycanın inkişaf strategiyasının yerinə yetirilməsi məqsədilə dünyanın ən qabaqcıl təcrübəsinin öyrənilməsi və təhsildə daha səmərəli, effektiv tətbiqi üçün sistemli olaraq bir çox proqram və layihələr reallaşdırılır.  

Son illər İKT-nin tətbiqi ilə bağlı kadrların hazırlanması, elektron təhsil və elektron idarəetmənin həyata keçirilməsi nəticəsində bir çox uğurların əldə edildiyini vurğulayan təhsil nazirinin müavini Qulu Novruzov "2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində görülən işlər haqqında məlumat verdi.

Tədbirdə çıxış edən  rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə qloballaşan cəmiyyətimizdə təhsilin inkişaf etdirilməsində İKT-nin xüsusi əhəmiyyət kəsb etdiyini iştirakçıların nəzərinə çatdırdı. E.Vəlizadə son illər respublikamızda bütün sahələrin dinamik inkişaf etdiyini vurğulayaraq belə konfransların keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirdı.

YUNESKO-nun Təhsildə İnformasiya Texnologiyaları İnstitutunun direktoru Dendev Badarç çıxış edərək bildirdi ki, müəllimlər İKT-dən səmərəli şəkildə istifadə etməlidirlər. İKT-nin tətbiqində bacarıqlı müəllimlərin xüsusi rol oynadığını nəzərə çatdıran Dendev Badarç qeyd etdi ki, tədrisin əsas komponenti müəllim-şagird münasibətləridir. Bu münasibətlərin inkişaf etdirilməsi və daha effektiv olmasında onlayn və virtual tədrisin xüsusi rolu var.

Tədbirin plenar iclasında Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, Distant Təhsil üzrə Milli Mərkəzin təhsil üzrə direktoru, YUNESKO-nun Təhsildə İnformasiya Texnologiyaları İnstitutunun İdarəetmə Şurasının sədri Bernard Kornü, Rusiya Elmlər Akademiyasının Kompüter Mərkəzinin baş elmi işçisi, YUNESKO-nun Təhsildə İnformasiya Texnologiyaları İnstitutunun eksperti Aleksandr Uvarovun və başqalarının müxtəlif mövzularda məruzələri dinlənildi.

Tədbir plenar iclaslar və müəllimlərin İKT sahəsində kompetensiyaları, açıq təlim resursları və peşə təhsilinin inkişafı mövzuları üzrə işçi qruplarda müzakirələr aparılmaqla davam etdirildi.

Konfrans dekabrın 2-də öz işini davam etdirəcək. 

Niyazi RƏHİMOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov