"İlk peşə-ixtisas təhsili üzrə ixtisasların
Təsnifatı"nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
qərarını elan edirəm:
"Azərbaycan Respublikası Nazirlər Kabineti
QƏRAR
N 178
Bakı şəhəri, 31 oktyabr 2011-ci il
"İlk peşə-ixtisas təhsili üzrə ixtisasların
Təsnifatı"nın təsdiq edilməsi haqqında
"Təhsil haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr
tarixli 156 nömrəli Fərmanının 2.2-ci bəndinə
əsasən və Azərbaycan Respublikası Prezidentinin
2007-ci il 3 iyul tarixli 2282 nömrəli Sərəncamı
ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında
texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət
Proqramı (2007-2012-ci illər)"nın həyata
keçirilməsi üzrə Tədbirlər Planının 5.11-ci
bəndinin icrasını təmin etmək məqsədilə
Azərbaycan Respublikası Təhsil Nazirliyinin
aidiyyəti təşkilatlarla razılaşdırılmış
təklifini nəzərə alaraq Azərbaycan
Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:
1. "İlk peşə-ixtisas təhsili üzrə ixtisasların
Təsnifatı" təsdiq edilsin (əlavə olunur).
2. "Peşə təhsili sahəsində ixtisas və
ixtisaslaşma klassifikatorunun təsdiq edilməsi
haqqında" Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2002-ci il 17 iyun tarixli 96
nömrəli qərarının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 6, maddə
380) 1-ci bəndi ləğv edilsin.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Artur RASİZADƏ,
Azərbaycan Respublikasının Baş naziri"
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31
oktyabr 2011-ci il tarixli 178 nömrəli qərarının
icrası ilə əlaqədar
ƏMR EDİRƏM:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
"İlk peşə-ixtisas təhsili üzrə ixtisasların
Təsnifatı"nın təsdiq edilməsi haqqında 31
oktyabr 2011-ci il tarixli 178 nömrəli qərarı
rəhbərlik və icra üçün qəbul edilsin.
2. Texniki peşə təhsili şöbəsi (N.Məmmədov) və
İqtisadiyyat şöbəsi (Ş.Əliyev) ilk peşə-ixtisas
təhsili müəssisələrinə şagird qəbulu planını
Nazirlər Kabinetinin təsdiq etdiyi "İlk peşə-ixtisas
təhsili üzrə ixtisasların Təsnifatı"na əsasən
tərtib etsin.
3. İlk peşə-ixtisas təhsili müəssisələrinin
rəhbərlərinə tapşırılsın:
3.1. Ümumi təhsil məktəblərinin şagirdləri və
onların valideynləri arasında peşəyönümü işinin
təşkili və gənclərin müxtəlif peşə və ixtisaslar
alması üçün peşə təhsili müəssisələrinə cəlb
edilməsində mövcud sənəddən istifadə etsinlər.
3.2. İlk peşə-ixtisas təhsili üzrə kadr
hazırlığını təsdiq olunmuş təsnifat əsasında
həyata keçirsinlər.
4. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə)
əmrin "Təhsil xəbərləri" məlumat informasiya
məcmuəsində, "Sənətkar" jurnalında və "Azərbaycan
müəllimi" qəzetində dərc olunmasını təmin etsin.
5. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
30 noyabr 2011-ci il |