2011-ci ilin Azərbaycan Respublikası Prezidenti
tərəfindən "Turizm ili" və BMT tərəfindən
beynəlxalq "Meşə ili" elan edilməsi ilə əlaqədar
olaraq meşələrin qorunması və davamlı istifadəsi
sahəsində məktəblilərin ekoloji
maarifləndirilməsini genişləndirmək məqsədilə
ƏMR EDİRƏM:
1. Respublika ümumtəhsil məktəbləri şagirdləri
arasında "Meşələri qoruyaq" mövzusunda
Respublika ekoloji müsabiqəsi keçirilsin.
2. Respublika müsabiqəsinin əsasnaməsi və
təşkilat komitəsi təsdiq olunsun (əlavə olunur).
3. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Gəncə
Şəhər Təhsil İdarəsinin, rayon, şəhər təhsil
şöbələrinin müdirləri müsabiqənin əsasnaməsinin
tələblərinə uyğun icranı təmin etsinlər.
4. Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsi
(A.İbrahimov) müsabiqənin təşkili ilə əlaqədar
lazımi təşkilati işləri həyata keçirsin.
5. Müsabiqə qaliblərinin mükafatlandırılması və
diplomların hazırlanması ilə bağlı xərclərin
ödənilməsi Respublika Ekoloji Tərbiyə və
Təcrübəçilik Mərkəzinin 2011-ci ilə təsdiq
olunmuş xərclər smetasının müvafiq xərc
yarımmaddələrində nəzərdə tutulmuş vəsait
hesabına həyata keçirilsin.
6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə)
əmrin "Azərbaycan müəllimi" qəzetində dərc
olunmasını və nazirliyin İnternet saytında
yerləşdirilməsini təmin etsin.
7. Ümumi şöbə (X.Fərəcov) əmr və əlavələrin
çoxaldılaraq yerlərə göndərilməsini təmin etsin.
8. Əmrin icrasına nəzarət nazir müavini
Q.Novruzova həvalə edilsin.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
25 noyabr 2011-ci il |