Azərbaycan Respublikası Prezidentinin "Abbas
Zamanovun 100 illik yubileyinin keçirilməsi
haqqında" 05 oktyabr 2011-ci il tarixli, 1761
nömrəli Sərəncamının icrasını təmin etmək
məqsədi ilə
ƏMR EDİRƏM:
1. Abbas Zamanovun 100 illik yubileyinin
keçirilməsinə dair Azərbaycan Respublikası
Təhsil Nazirliyinin Tədbirlər planı təsdiq
edilsin (əlavə olunur).
2. Ali təhsil müəssisələrinin rəhbərlərinə
Tədbirlər planının icrasının təmin ediməsi və
görülmüş işlər haqqında məlumatın 25 dekabr
2011-ci il tarixinə qədər Təhsil Nazirliyinə
təqdim edilməsi tapşırılsın.
3. Təhsil Nazirliyinin Elm (G.Hüseynova) və Ali
və orta ixtisas təhsili (İ.Mustafayev) şöbələri
əmrdən irəli gələn məsələləri həll etsin.
4. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmr
və Tədbirlər planının "Azərbaycan müəllimi"
qəzetində dərc olunmasını təmin etsin.
5. Əmr və Tədbirlər planının çoxaldılıb yerlərə
göndərilməsi ümumi şöbəyə (X. Fərəcov)
tapşırılsın.
6. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
21 noyabr 2011-ci il |