Bakıdakı 61 nömrəli tam orta məktəbdə "Narkomaniyaya
qarşı mübarizə" mövzusunda tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru
Zenfira Şıxəliyeva bildirdi ki, son illərdə
dünyada narkotiklərə nəzarət, narkomaniya ilə
mübarizə istiqamətində bir sıra ciddi tədbirlər
görülür. Ümumbəşəri bir problemə çevrilən
narkomaniyanın fəsadlarından söz açıldı. Qeyd
edildi ki, narkomaniyaya qurşananlar təhsilə,
işə, ailəyə, dostlarına maraqlarını itirir və
özlərini cəmiyyətdən təcrid edirlər. Beləliklə
də insan həyatı zəhərlənir. Buna görə də
ümumbəşəri problemin profilaktikası sahəsində
Azərbaycanda da bu cür məqsədyönlü proqramlar
həyata keçirilir.
"Resurs" Gənclərin İnkişafı İctimai Birliyinin
sədri Samir Mehdizadə qeyd etdi ki, ilk öncə
ailə tərbiyə ocağıdır. Ona görə də ailədə və
ailədaxili münasibətlərdə sağlam psixopedaqoji
mühitin olması çox zəruridir.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin şöbə
müdiri Əli Axundov, Nizami Rayon Polis Şöbəsinin
Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin
təşkili şöbəsinin əməkdaşı Elxan Əfəndiyev və
Narkomaniyaya qarşı mübarizə bölməsinin baş
əməliyyatçısı Fazil Həşimov, psixoloq Səidə
Musayeva və başqaları çıxış edərək
narkomaniyaya qarşı aparılan maarifləndirmə
işlərinin əhəmiyyətindən danışdılar.
Sonda narkomaniyaya aid videoçarx nümayiş
etdirildi.
Şakir CƏFƏROV |