|
|
|
Şagirdlərin İKT bilikləri daha da genişləndirilir |
|
|
|
Bakıdakı
287 nömrəli "Zəkalar" liseyində İKT-dən geniş
istifadə olunur. Liseyin direktoru Aygün
Əhmədli bildirir ki, lisey beynəlxalq İnternet
şəbəkəsinə qoşulub. Təhsil ocağında müasir
tələblərə cavab verən iki informatika otağı
yaradılıb. Hazırda informatika müəllimləri
təlimin yeni texnologiyalarından istifadə
etməklə dərslərini maraqlı keçirlər. Şagirdlər
biliklərini artıraraq informasiya və
kommunikasiya texnologiyalarından səmərəli
istifadə etmək imkanlarını genişləndirirlər.
İnformatika müəllimlərindən Zibər İsmayılova,
Fəxriyyə Vəliyeva, Təranə Həsənova dərslərində
müxtəlif təcrübələrin nümayişinə, proqramda
nəzərdə tutulan praktik işlərin şagirdlər
tərəfindən yerinə yetirilməsinə ciddi fikir
verirlər. Nəticədə şagirdlərdə informasiyalaşmış
cəmiyyətin tələblərinə uyğun zəruri
məlumatlarla işləmə bacarıqları, daha çox
populyar olan proqramlardan kompüterdə
istifadə vərdişləri formalaşdırılır. Şagirdlər
kompüterdə sərbəst yazmağı bacarır, müəllimləri
tərəfindən verilən tapşırıqları vaxtında və
keyfiyyətlə yerinə yetirə bilirlər.
Şakir CƏFƏROV |
|
|
|
|
|
|
|
|
BİZ
TORPAQLARIMIZA QAYIDACAĞIQ! |
XANKƏNDİ |
26.12.1991 |
XOCALI |
26.02.1992 |
ŞUŞA |
08.05.1992 |
LAÇIN |
18.05.1992 |
XOCAVƏND |
02.10.1992 |
KƏLBƏCƏR |
04.04.1993 |
AĞDƏRƏ |
07.07.1993 |
AĞDAM |
23.07.1993 |
CƏBRAYIL |
23.08.1993 |
FİZULİ |
23.08.1993 |
QUBADLI |
31.08.1993 |
ZƏNGİLAN |
29.10.1993 |
|
|
|
|
|
|
|