Noyabrın 15-də Azərbaycan Dillər Universitetində
"Sağlam həyat tərzi sağlam gələcəyə zəmanətdir"
layihəsi çərçivəsində "Reproduktiv sağlamlıq"
mövzusunda növbəti tədbir keçirildi. Mülki
müdafiə kafedrasının baş müəllimi Sədaqət
Musayevanın təşkilatçılığı ilə keçirilən
tədbirdə həmin kafedranın müdiri Sevda
Zamanova çıxış edərək həyata keçirilən layihənin
əsas fəaliyyət istiqamətləri və əhəmiyyətindən
danışdı. Gənc nəslin sağlam həyat tərzinin
formalaşmasında bu kimi tədbirlərin vacib rol
oynadığını qeyd edən S.Zamanova tələbələrə öz
sağlamlıqlarını qorumağı tövsiyə etdi.
"Sağlam Ailə" Tibb Mərkəzinin mütəxəssisi
Seymur Mehdiyev isə çıxışında reproduktiv
sağlamlıq anlayışından bəhs etdi. Müxtəlif
mənşəli infeksion xəstəliklərdən söz açan
S.Mehdiyev tələbələri vaxtında tibbi müayinədən
keçməyə çağırdı. Xəstəliklərin əksəriyyətinin
insan sağlamlığı əleyhinə olan zərərli
vərdişlərdən istifadə nəticəsində yarandığı
vurğulandı.
Tədbirdə Mamalıq-Ginekologiya İnstitutunun elmi
katibi Leyla Məmmədova reproduktiv sağlamlığın
nəsil artımı qabiliyyətinin olması və azad seçim
anlamına gəldiyini tələbələrin diqqətinə
çatdırdı. Bu sahədə maarifləndirmə və təbliğat
işlərinin artırılmasının vacibliyi önə çəkildi.
Sonda tələbələri maraqlandıran suallar
cavablandırıldı.
Şakir CƏFƏROV |