Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

17 Noyabr 2011 - ¹45

 

Təhsil müəssisələrində Konstitusiya Günü qeyd olundu

 

Bakının Xətai rayonunda yerləşən S.Həsənov adına 63 nömrəli tam  orta məktəbdə  12 noyabr Konstitusiya Günü münasibəti ilə tədbir keçirildi. Əvvəlcə şagirdlərin ifasında Dövlət himni səsləndirildi. 

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Cavanşir Tarverdiyev Konstitusiyamızın tarixindən danışaraq ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə respublikamızda ikinci dəfə hakimiyyətə gəldikdən sonra  həyata keçirdiyi bir çox islahatlar haqqında tədbir iştirakçılarına məlumat verdi.  Bildirildi ki,  böyük siyasətçi və dövlət xadimi ümummilli lider Heydər Əliyevin yeritdiyi müdrik siyasət nəticəsində dövlət Konstitusiyamız  möhkəmləndi, ulu öndərin memarı olduğu müasir Azərbaycan böyük bir inkişaf yoluna qədəm qoydu.

Çıxışlarda vurğulandı ki,  ulu öndərin siyasi kursunu qətiyyətlə davam etdirən layiqli varisi ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən nəhəng quruculuq işləri nəticəsində son illər ölkəmiz daha da inkişaf etmiş, bütün sahələrdə uğurlar qazanılmışdır.

Şagirdlər vətənpərvərlik ruhunda şeirlər söylədilər, mahnılar  ifa etdilər. Bildirildi ki, bu gün qarşımızda duran ən mühüm vəzifə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, işğal olunmuş torpaqlarımızın azad olunaraq geri qaytarılmasıdır.

Tədbirin sonunda Konstitusiya Gününə həsr olunmuş film nümayiş olundu.

***

Bakının  Badamdar qəsəbəsində yerləşən 236 nömrəli tam orta məktəbdə 12 noyabr Konstitusiya Günü münasibətilə  keçirilən tədbirdə  əvvəlcə müstəqil Azərbaycanın qurucusu və memarı ümummilli lider Heydər Əliyevin  və vətənimizin  ərazi bütovlüyü, torpaqlarımızın qorunması uğrunda canlarından keçən şəhidlərimizin  əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Dövlət himni və dahi bəstəkar Üzeyir Hacıbəylinin "Koroğlu" operasından uvertüra ilə başlanan tədbirə təntənəli şəkildə Dövlət bayrağı gətirildi. Tədbiri giriş sözü ilə təhsil ocağının rəhbəri Xanlar İmaməliyev açaraq məktəbin müəllim və şagird kollektivini,  tədbir iştirakçılarını 12 noyabr Konstitusiya Günü münasibəti ilə təbrik etdi. O, Konstitusiya Gününün yaranma tarixi  haqqında iştirakçılara geniş məlumat verdi.

Tədbirin aparıcıları12 noyabr Konstitusiya Günü ilə əlaqədar  Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə həyata keçirilən inşa yazı müsabiqəsində yer tutmuş şagirdləri səhnəyə dəvət edərək təbrik etdi.

Çıxış edən qonaqlar  Konstitusiyamızın tanınmasında misilsiz xidmətlər göstərmiş, şərəfli ömrünü xalqına həsr etmiş ulu öndər Heydər Əliyevin dövlətçilik ideyalarının yeni nəsillər üçün örnək olduğundan bəhs etdilər.

Şagirdlərin Vətənlə bağlı söylədikləri şeirlər, onların ifasında milli rəqslər, mahnılar tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı. Tədbirin sonunda 12 noyabr Konstitusiya Gününə həsr olunmuş  film nümayiş olundu.

Rəşad ZİYADOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov