Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

17 Noyabr 2011 - ¹45

 

Təhsilin İnkişafı üzrə Beynəlxalq Assosiasiyanın prezidenti ADPU-da olub

 

Noyabrın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin pedaqogika kafedrasında Təhsilin İnkişafı üzrə Beynəlxalq Assosiasiyanın (International Association of Development Education) prezidenti, pedaqoji elmlər doktoru Larisa Şeyko  ilə görüş keçirildi.  Azərbaycanın son illərdə əldə etdiyi uğurlar  barədə qonağa məlumat verildi. Ölkəmizin müstəqillik qazandıqdan sonra sürətli inkişaf yolu keçdiyi qeyd edilərək bildirildi ki, Azərbaycan artıq təkcə neft ölkəsi kimi deyil, həm də elm və  təhsil ölkəsi kimi tanınır və bu sahədə ciddi uğurlar qazanıb. Azərbaycanın təhsil  sistemi uğurlu inkişaf dönəmini yaşayır. İstedadlı Azərbaycan gənclərinin Rusiyanın ən məşhur ali məktəblərində təhsil aldıqları, dərin elmi biliklərə yiyələndikləri bildirilərək onların sorağının artıq  Amerika, Fransa, Böyük Britaniya kimi ölkələrdən gəldiyi qonağın diqqətinə çatdırıldı. Eyni  zamanda Türkiyə və digər ölkələrdən olan tələbələrin Azərbaycanda təhsil aldıqları da qeyd olundu. Görüşdə Təhsilin İnkişafı üzrə Beynəlxalq Assosiasiya ilə əməkdaşlığın, elmi əlaqələrin qurulmasının əhəmiyyətli olacağı vurğulandı. 

Qonağa Azərbaycan pedaqoji elminin inkişaf tarixi, ilk milli maarifçilərimiz   barədə məlumat verilib, bu sahədə ADPU-nun fəaliyyətindən danışılıb.

Təhsilin İnkişafı üzrə Beynəlxalq Assosiasiyanın prezidenti təşkilatın fəaliyyətindən danışaraq hazırda bu qurumda Avropanın 25-dən artıq ölkəsinin təmsil olunduğunu bildirdi. Qurumun həm postsovet məkanı, həm də Avropa ölkələrinin milli təhsil sistemləri ilə əməkdaşlıq etdiyini söyləyib. Onun sözlərinə görə, assosiasiya bir sıra ölkələrin tələbələri üçün seminarlar, elmi-praktik konfranslar, təcrübə mübadiləsi təşkil edir. Qurum eyni zamanda müəllimlərin yenidən hazırlanması və ixtisasının artırılması proqramlarını həyata keçirir. Təmsil etdiyi təşkilatın öz  fəaliyyətində müəllimlərin təkmilləşməsi məsələsinə xüsusi diqqət ayırdığını deyən və bunun bütün ölkələrin təhsil sistemləri üçün vacib olduğunu vurğulayan qonaq assosiasiyanın lBilik dünyası» adlı jurnal  buraxdığını və bu jurnalda istər Avropa, istərsə də postsovet ölkələrinin pedaqogika sahəsində çalışan alimlərinin elmi məqalələrinin dərc olunduğunu bildirib. Qonaq rəhbərlik etdiyi təşkilatın əsas fəaliyyət istiqamətlərindən biri kimi məktəblilər və tələbələr üçün müxtəlif fənn olimpiadalarının keçirilməsi təcrübəsindən danışıb və növbəti belə bir tədbirin yaxın vaxtlarda İsveçrədə təşkil olunacağını deyib.  

Oruc MUSTAFAYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov