Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

17 Noyabr 2011 - ¹45

 

Şahmat turnirinin qalibləri mükafatlandırıldı

 

Noyabrın 14-də "Təhsil" Respublika İdman Mərkəzinin Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş açıq şahmat turnirinin qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. Mərasimi giriş sözü ilə təhsil nazirinin müavini Qulu Novruzov açaraq nazir Misir Mərdanovun təbriklərini tədbir iştirakçılarına çatdırdı. Dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümünə həsr olunmuş ümumrespublika şahmat turniri haqqında ətraflı məlumat verən nazir müavini bildirib ki, ölkəmizin 48 şəhər və rayonundan 250-yə yaxın şahmatçının iştirak etdiyi turnir İsveçrə sistemi üzrə 7 turdan ibarət olub. Turnirin çox yüksək səviyyədə təşkil olunduğunu deyən Q.Novruzov yarışın obyektiv və şəffaf keçirilməsində əməyi olan məşqçilərə, hakimlərə və bu işdə yaxından köməklik göstərən  "Təhsil" Respublika İdman Mərkəzinin kollektivinə təşəkkürünü bildirdi. Qeyd olundu ki, Azərbaycanda şahmat məktəblərinin, şahmata cəlb olunan şagirdlərin sayının artması, şahmatda olan uğurlar çox sevindiricidir. Qulu  Novruzov vurğuladı ki, şahmatın respublikada kütləviliyinin təmin olunması üçün məktəblərdə hansısa formada  ibtidai sinif səviyyəsində şahmatla hər bir şagirdin tanışolma imkanının yaradılması barədə ciddi müzakirələr aparılır. O daha sonra dedi: "Hər yeni tədbirdə biz şahmatın daha kütləvi xarakter, turnirlərin daha geniş miqyas aldığını görürük. Çox sevindirici haldır ki, Azərbaycanda bu gün geniş şahmat məktəbləri şəbəkəsi yaranmışdır. Təcrübə onu göstərir ki, şahmata meyilli uşaqlar, bu idman növü ilə məşğul olan şagirdlər çox nümunəvi və  dərslərində həmişə kifayət qədər uğur qazanan olurlar. Mən ümid edirəm ki, bu turnirə qatılan şagirdlər də ən qabaqcıl, nizam -intizamlı, dərslərini yaxşı oxuyan şagirdlərdir. Q.Novruzov müəyyən olunmuş 5 yaş qrupu üzrə 30 qalibə diplom və medalları təqdim edərək onları təbrik etdi.

Rəşad ZİYADOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov