Bakı
Şəhəri üzrə Təhsil İdarəsindən aldığımız
məlumata görə, noyabrın 15-də bilik yarışının
məktəb turu 100 minədək şagirdin iştirakı ilə
bir neçə fənn üzrə keçirilmişdir. Yarışda V
sinifdən XI sinfə qədər şagirdlər biliklərini
sınayıblar.
Qeyd edək ki, dekabrın 11-də bilik yarışının
şəhər birinci, 2012-ci ilin yanvarında isə
ikinci turunun keçirilməsi nəzərdə tutulur.
Həmin mərhələlərdə uğur qazanan şagirdlər martda
təşkil olunacaq respublika fənn olimpiadasında
iştirak edəcəklər.
Respublika fənn olimpiadalarında uğur qazanan
paytaxt məktəblilərinin sayı ilbəil artır. Belə
ki, 2005-ci ildə qaliblərin sayı 48 idisə, ötən
il onların sayı 108 nəfər olmuşdur.
Rəşad ZİYADOV |