Noyabrın 11-də Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasında (DİA) ABŞ-da yaşayan azərbaycanlı
alim və ictimai xadim, Yell Universitetinin (ABŞ)
professoru Firuz Kazımzadə ilə görüş
keçirilmişdir.
AzərTAc xəbər verir ki, görüşdə DİA-nın rektor
əvəzi, fəlsəfə elmləri doktoru, professor
Əlikram Abdullayev F.Kazımzadənin dünya
ölkələrinin Qafqazda toqquşan strateji
maraqlarına həsr edilmiş "Zaqafqaziya uğrunda
mübarizə. 1917-1921" kitabı haqqında məlumat
vermişdir. Qeyd etmişdir ki, bu gün də
aktuallığını itirməyən bu tədqiqat əsəri 1951-ci
ildə çap olunmuşdur.
Çıxış edənlər akademiyanın rəhbərliyinə maraqlı
görüş üçün minnətdarlıqlarını bildirmiş və
F.Kazımzadəyə elmi fəaliyyətində uğurlar
arzulamışlar.
Sonda qonaq sualları cavablandırmışdır. |