| 
								
								Noyabrın 15-də Bakı məktəblilərinin bilik yarışı 
								başlanacaqdır.  
								
								Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzərTAc-a 
								bildirmişlər ki, bilik yarışının məktəb turunda 
								V - XI sinif şagirdləri iştirak edəcəklər. 
								Növbəti rayon turuna isə yalnız VIII - XI sinif 
								şagirdləri qatılacaqlar.  
								
								Bilik yarışının rayon turunda riyaziyyat, 
								ədəbiyyat, fizika, biologiya, tarix, xarici dil, 
								coğrafiya fənləri üzrə VIII-XI, kimya fənni üzrə 
								IX-XI, informatika fənni üzrə isə X-XI sinif 
								şagirdləri iştirak edəcəklər.  
								
								Rayon turunda iştirak etmək hüququ qazanan 
								şagirdlərin siyahısı noyabrın 25-dək 
								müəyyənləşdiriləcəkdir. |