Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki 139
nömrəli məktəbin hər iki valideynini itirmiş 25
şagirdinə Qurban bayramı münasibətilə Heydər
Əliyev Fondu tərəfindən qış geyimləri və
hədiyyələr təqdim olunmuşdur.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti
başçısının müavini Zəfər Əliyev şagirdləri
bayram münasibətilə təbrik etmiş, onlara
təhsillərində uğurlar arzulamışdır.
Bildirilmişdir ki, müasir müstəqil Azərbaycanın
memarı və qurucusu, ümummilli lider Heydər
Əliyev ölkədə təhsilə daim diqqət və qayğı ilə
yanaşmışdır. Bu siyasətin Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirildiyi, ölkəmizdə
ümumtəhsil müəssisələrinin müasirləşdirilməsi və
yenidən qurulmasında Azərbaycanın birinci xanımı
Mehriban Əliyevanın əvəzsiz xidmətlərinin olduğu
vurğulanmışdır.
Tədbirdə həmçinin rayonun Lökbatan, Sahil,
Qızıldaş, Ələt və Qobustan qəsəbələrindəki 13
məktəbdə də hər iki valideynindən məhrum olan
şagirdlərə qış geyimləri və hədiyyələr
verilmişdir.
Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü
ilə Qaradağ rayonundakı beş məktəbin binasında
əsaslı təmir işləri aparılmışdır. Rayonun
Çeyildağ qəsəbəsində isə yeni məktəb binası
şagirdlərin və müəllimlərin istifadəsinə
verilmişdir.
AzərTAc |