Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq
ölkəmizdə elmi tədqiqatların müasir standartlar
səviyyəsində aparılmasını və xalqımızın
mədəni-tarixi irsinin daha dərindən
araşdırılmasını təmin etmək məqsədi ilə
QƏRARA ALIRAM:
1.
Azərbaycan Respublikasının Prezidenti yanında
Elmin İnkişafı Fondu üçün Azərbaycan
Respublikasının 2011-ci il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan 3,0 (üç) milyon
manat məbləğində vəsait ayrılsın.
2.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu
sərəncamın 1-ci hissəsində nəzərdə tutulan
məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada
təmin etsin.
3.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu
sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 noyabr 2011-ci il |