Bakıdakı
6 nömrəli körpələr evi-uşaq bağçasının müdiri
Səadət Məmmədova bildirir ki, bağça yüksək
səviyyədə təmir olunub və burada körpə uşaqların
rahatlığı üçün hər cür şərait yaradılıb.
Hazırda bağçada 75 uşaq tərbiyə alır və
onların tərbiyəsi ilə 8 tərbiyəçi məşğul olur.
Tərbiyəçi müəllimlərin hər biri məşğul olduqları
qruplarda məşğələləri yüksək səviyyədə qurur və
balaca körpələrə qayğı ilə yanaşırlar.
Bağçada tez-tez maraqlı tədbirlər keçirilir.
Tədbirlərdə tərbiyəçilərdən Püstəxanım
Daşdəmirova, Məhsəti Həsənova, Aybəniz Paşayeva
və başqaları da fəal iştirak edirlər.
Valideynlər keçirilən belə tədbirlərdə fəal
iştirak edirlər. Onlar burada uşaqlara
göstərilən xidmətdən razıdırlar.
Şakir CƏFƏROV |