Yeni
dərs ili Bakının Maştağa qəsəbəsində yerləşən
13 nömrəli peşə məktəbinin pedaqoji kollektivi
üçün daha sevindirici olub. Belə ki, təhsil
ocağı dövlət proqramı çərçivəsində əsaslı təmir
olunub. Hazırda 200 nəfər şagirdin təhsil aldığı
bu məktəbdə xalçaçı, tikişçi, tikiş avadanlığı
operatoru, aşbaz, qənnadçı, ərzaq malları üzrə
satıcı, nəzarətçi-kassir, qadın bərbəri,
mühasibat-fərdi kompüter operatoru peşələri üzrə
kadr hazırlanır.
Məktəbin direktoru Səidə Səlimzadənin sözlərinə
görə, peşə məktəbində İKT-dən geniş istifadə
olunur. Təhsil ocağı sürətli beynəlxalq İnternet
şəbəkəsinə qoşulub. Məktəbdə müasir standartlara
cavab verən informatika otağı şagirdlərin
ixtiyarına verilib.
Bu gün fənn müəllimlərindən və istehsalat təlimi
ustalarından Sima Hüseynova, Cəlil Həmidov,
Nailə Məhərrəmova, Suğra Bədəlova və Mahirə
Hüseynova işlədikləri təhsil ocağının bütün
işlərində fəal iştirak etməklə bərabər, həm də
öz peşələrini şagirdlərə həvəslə öyrədirlər.
Rəşad ZİYADOV |
|