Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

4 Noyabr 2011 - ¹43

 

Ədəbiyyat fənni kurikulumu təlimə innovativ yanaşma nümunəsidir

 

Son illər təhsil sahəsində aparılan məqsədyönlü, planauyğun və davamlı islahatlar ümumi təhsilin məzmununu da əhatə etmiş, onun yeniləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Nəticədə ümumi təhsilin məzmununa müasir yanaşmanın, dövrün məktəbin, burada həyata keçirilən təlim-tərbiyə prosesinin qarşısında qoyduğu yeni tələblərin məhsulu olaraq fənn kurikulumları hazırlanmış və Təhsil Nazirliyi tərəfindən bu ilin iyununda təsdiq olunmuşdur. Yaxın illərdə digər fənlər kimi ədəbiyyat da yeni kurikulumla tədris olunacaqdır. Bəs ümumtəhsil məktəblərində ədəbiyyat fənninin məqsəd və vəzifələrini, ayrı-ayrı təlim pillələri üzrə məzmun xətlərini və standartlarını, onların reallaşdırılması üçün fəaliyyət istiqamətlərini özündə əks etdirən bu konseptual sənədin əvvəlki ədəbiyyat proqramlarından nə kimi üstünlükləri vardır? Yeni kurikulumla tədris bizə nə verəcək?

Bu fənnin tədrisi sahəsində müəyyən təcrübəsi olan, yeni ədəbiyyat kurikulumunun layihəsi mətbuatda dərc olunduğu vaxtdan onu dərindən öyrənən  bir ədəbiyyat müəllimi kimi mənim fikrimcə, yeni sənəd, ilk növbədə, ədəbiyyatın tədrisi keyfiyyətini yüksəldəcək, onun təkcə ədəbiyyat tarixi, ədəbi proses və ədiblər haqqında bilgi verən fənn kimi deyil, şəxsiyyətin tərbiyəsində, böyüməkdə olan nəsillərə milli mənəvi dəyərlərin aşılanmasında, şagirdlərdə ədəbi yaradıcılığa meyil və marağın oyadılmasında, bu sahədəki istedad və qabiliyyətlərinin üzə çıxarılıb inkişaf etdirilməsində rolunu yüksəldəcəkdir. Belə ki, kurikulum şagirdlərin ədəbi təhsili, tərbiyəsi və inkişafı üçün optimal şəraitin yaradılmasını nəzərdə tutur. Kurikulumun bir üstün cəhəti də budur ki, burada həm ümumi, həm də tam orta təhsil pillələrində fənnin məzmun xətləri və standartlar, şagird bacarıqlarının inkişaf istiqamətləri bir-biri ilə əlaqəli və dəqiq verilmişdir.

Sənəddə habelə təlim nəticələri konkretləşdirilməklə fəndaxili və fənlərarası inteqrasiya, tədrisə verilən tələblər, təlimin təşkilinin forma və üsulları haqqında tövsiyələr öz əksini tapmışdır.

Ədəbiyyat fənni kurikulumu hazırda təhsilimizin istinad etdiyi tələbyönumlulük, nəticəyönümlülük, şagirdyönümlülük, inteqrativlik kimi ümumi prinsiplərə tam cavab verir.

Kurikulumun əvvəlki ədəbiyyat proqramlarından bir üstünlüyu də burada ümumi orta təhsilin icbariliyi əsas götürülərək ümumi təhsilin son iki pilləsinin hər biri üzrə ədəbiyyatın tədrisinin bitkin kurs kimi nəzərdə tutulmasıdır.

Belə ki, ümumi orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş "İncəsənətin bir növü kimi söz sənətinin - şifahi və yazılı ədəbiyyatın xalqın mənəvi sərvəti olması, həyati, taleyüklü məsələləri özünəməxsus bədii vasitələrlə əks etdirməsi barədə şagirdlərdə dolğun təsəvvür yaradılır" və s. vəzifələr tam orta təhsil səviyyəsinə də aid olmaqla bu pillədə daha da inkişaf etdirilir. Azərbaycan ədəbiyyatının çoxəsrlik inkişaf yolu, ədəbi ənənə və əlaqələri, Azərbaycan və dünya ədəbiyyatının görkəmli ədəbi simalarının yaradıcılığından nümunələr hər iki  təhsil səviyyəsində tarixi-xronoloji ardıcıllıqla öyrədilir. Ümumi orta təhsil səviyyəsində ədəbiyyat nəzəriyyəsinə dair verilən materiallar sonrakı pillədə daha da genişləndirilir. Burada fərqli nüanslar isə ondan ibarətdir ki, ümumi orta təhsil pilləsində şagirdlərdə söz sənətinə həssas, bədii-emosional münasibət formalaşdırılır, təhlil, dəyərləndirmə, fikirlərini şifahi və yazılı çatdırmaq bacarığı inkişaf etdirilirsə, tam orta təhsil pilləsində şagirdlərin ədəbi-bədii, tənqidi təfəkkürünün formalaşması təmin olunur.

Yeni ədəbiyyat fənni kurikulumunun əvvəlki fənn proqramlarından bir mühüm üstünlüyü də burada fənnin təlimi nəticələrinin öz əksini tapmasıdır. Yeni sənəddə bu baxımdan hər bir təhsil səviyyəsi üzrə ümumi təlim nəticələrinin və hər bir məzmun xətti üzrə təlim nəticələrinin aydın müəyyənləşdirilməsi çox müsbət haldır və müəllimə fəaliyyətinin son nəticələrini irəlicədən görməyə imkan verir.

Bütün bu üstünlüklərə görə biz ədəbiyyat müəllimləri yeni kurikulumlarla tədrisə başlayacağımız günü səbirsizliklə gözləyirik. 

Şəhla FƏTTAH-PUR,
Bakıdakı Tahir Bağırov  adına 59 nömrəli tam
orta məktəbin Azərbaycan  dili və ədəbiyyat müəllimi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov