Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

4 Noyabr 2011 - ¹43

 

İnteraktiv metodlarla keçirilmiş "açıq dərs"

 

Məlum olduğu kimi, fəal təlim metodları dərslərin interaktiv əsasda qurulmasını, şagirdlərin dərsdə fəallığını, yaradıcı axtarışlara qoşularaq tədqiqatlar aparmasını və yeni bilikləri müstəqil araşdırmalar yolu ilə əldə etməsini, qrup şəklində birgə fəaliyyət vərdişlərinə, yaradıcı, tənqidi təfəkkürə yiyələnməsini, sərbəst mühakimə yürüdüb öz fikirlərini söyləyə bilməsi, özünün və yoldaşlarının fikirlərinə tənqidi yanaşmaq bacarığına yiyələnməsini təmin edir. Buna görə də digər həmkarlarım kimi mən də dərslərimdə fəal təlimdən, yeni interaktiv təlim metodları və üsullarından istifadəyə xüsusi önəm verir, bu sahədə topladığım təcrübəni müəllim yoldaşlarımla bölüşmək üçün tez-tez "açıq dərs"lər verirəm. Dərs dediyim və rəhbəri olduğum V c sinfində tarixdən apardığım belə dərslərdən biri haqqında qeydlərimi təcrübə mübadiləsi baxımından faydalı bilərək oxuculara təqdim edirəm.

Dərsin mövzusu "Azərbaycanda IX-XX əsrlərin azadlıq hərəkatı" idi. Məqsədi Azərbaycanın azadlığı uğrunda mübarizələrdə canlarından keçmiş qəhrəmanlarımızı və ulularımızı bugünkü gənc nəslə tanıtmaq, beləliklə onlarda vətənpərvərlik ruhu aşılamaq olan dərsdə kollektiv və kiçik qruplarla iş formalarından istifadə etdim. Təlim üsulları olaraq mövzuya daha münasib bildiyim Venn diaqramı, klaster üsulu kimi fəal təlim metodlarını seçmişdim.

İşçi vərəqləri, proyektor, kompüter prezentasiyası, dərslik, xəritələr dərsin əsas resurslarını təşkil edirdi. Lakin dərsimi əyani vəsaitlər üzərində qurmağı planlaşdırdığımdan sinifdə xeyli digər əyani vəsaitlər də toplanmışdı.

Mənim tapşırığımla şagirdlər dərsə tarixi eksponatlar - yaşları 50-60 il olan məişət əşyaları gətirmişdilər. Sinfin ortasında əsl bir tarix muzeyi yaranmışdı. Buradakı "Bacarıqlı əllər" guşəsində isə şagirdlərin özlərinin düzəltdikləri, toxuduqları məişət əşyaları, yaşlı nəsildən qalan əl işləri toplanmışdı. Şagirdlər irəlicədən tədqiqatlar apararaq, İnternet saytlarından istifadə edərək IX əsrdə olmuş Xürrrəmilər hərəkatına, müstəqillik mübarizəsinin müasir tarixinə dair materiallar toplamış, videotəqdimatlar hazırlamışdılar.

Sinfi hər birində 5 şagird olmaqla 4 qrupa bölüb hər birinə xüsusi vərəqlərə yazılmış  tapşırıqlar verdim. I qrupa "9-cu yüzillikdə ərəb zülmünün artmasının səbəbləri nə idi?", II qrupa "Xürrəmilər üsyanında kimlər iştirak edirdilər?", III qrupa "Xürrəmilər hərəkatı nə ilə nəticələndi, Babək necə cəzalandı?", IV qrupa "Bu azadlıq hərəkatında Xürrəmilər nə əldə etdilər?" suallarına cavab vermək təklif olunurdu.

Şagirdlər tapşırıq üzərində işi başa çatdırdıqdan sonra qrupların liderləri cavabları təqdim etdilər. Cavablara əlavələr dinlənildi və hər bir qrupun müstəqil işi qiymətləndirildi. Sonra şagirdlərin hazırladıqları təqdimatlar interaktiv lövhədə nümayiş etdirildi.

Şagirdlər IX əsr Xürrəmilərin üsyanı ilə XX əsrin sonlarında ölkəmizdə azadlıq hərəkatının başlandığı, müasir tariximizə Dirçəliş günü kimi düşmüş meydan hərəkatı arasında çox gözəl şaxələndirmələr apardılar. Sonra keçmiş mövzu ilə yeni mövzu arasında sual-cavabla əlaqə yaratdım. Noyabr ayında qeyd etdiyimiz tarixi günlərə aid suallar verərək aldığım cavablar əsasında noyabrın 17-nin ölkəmizdə Dirçəliş günü kimi qeyd olunduğunu, 1988-ci ilin həmin günündən başlayan müstəqillik uğrunda xalq hərəkatının üç il sonra - 1991-ci il oktyabrın 18-də müstəqilliyimizin bərpası haqqında Konstitusiya Aktının qəbulu və XX əsrdə xalqımızın yenidən azadlığa qovuşması ilə başa çatdığını bildirdim. Şagirdlər mübarizə tariximizin liderləri olan Cavanşir, Babəklə müasir qəhrəmanlar arasında müqayisələr apardılar, şaxələndirmələr etdilər. Beləliklə, IX əsrdəki azadlıq uğrunda Xürrəmilərin mübarizəsi müasir tariximizdəki  azadlıq mübarizəsi ilə mənim istiqamətimlə şagirdlər tərəfindən bacarıqla əlaqələndirildi. Nəticədə şagirdlər adıçəkilən liderlər, qəhrəmanlar, onların mübarizə yolu haqqında geniş bilgilərə yiyələndilər, bu qəhrəmanların yerində olmaq, onlar kimi mübarizə aparmaq istədiklərini söylədilər.

Sonda BİBÖ üsulundan istifadə edərək şagirdlərin dərsdə nə öyrəndiklərini müəyyənləşdirdim və qruplar, hər qrup daxilində şagirdlər arasında onların dərsdə iştirakları, göstərdikləri fəallığın dərəcəsi, suallara verdikləri cavablar əsasında qiymətləndirmə apardım.

Dərsin belə təşkili məqsədin əldə olunmasına və mövzunun elə sinifdəcə mənimsənilməsinə şərait yaratdı. 

Röya YAQUBOVA,
Bakıdakı E.Cəlilov adına 272 nömrəli
tam orta məktəbin tarix müəllimi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov