Sual:
Orta ümumtəhsil məktəblərində iqtisadiyyatın
əsasları fənnini, ilk növbədə, hansı ixtisas
müəllimi tədris etməlidir?
Arif ZAMANOV,
Gədəbəy rayonu
Cavab:
Həmin fənn üzrə ixtisasartırma kursu keçmiş
müvafiq ixtisas müəllimlərindən biri bu fənni
tədris edə bilər.
Əhliyət ADIGÖZƏLOV,
Təhsil Nazirliyinin baş məsləhətçisi
Sual:
Liseyin təlim-tərbiyə işləri üzrə direktor
müavinlərinin əməkhaqlarının hesablanmasında
onların xidmət sahəsində olan şagirdlərinin sayı
nəzərə alınmalıdırmı?
Cavab:
Direktor müavinlərinin əməkhaqlarının
hesablanmasında onların xidmət sahəsində olan
şagirdlərinin sayı nəzərə alınmır.
Sual:
2 və ya 3 sinif komplekti açmaq üçün şagirdlərin
minimum sayı neçə olmalıdır?
Cavab:
Yerli şərait nəzərə alınmaqla
azkomplektləşdirilmiş ibtidai siniflərdə
şagirdlərin sayından asılı olaraq siniflər
komplektləşdirilir.
Sual:
Dərs ili ərzində xəstəliyinə görə işə çıxmayan
müəllimin dərslərini 24 saat dərs yükü olan
müəllim əvəz edə
bilərmi?
Vahid QULİYEV,
Beyləqan rayonu
Cavab:
Dərs ili ərzində xəstəliyinə görə işə çıxmayan
müəllimi hazırda mövcud olan Nazirlər
Kabinetinin 24 noyabr 2010-cu il tarixli
qərarına əsasən dərs yükü 24 saat olan müəllim
əvəz edə bilməz.
Zahid NAĞIYEV,
Təhsil Nazirliyinin baş məsləhətçisi
Hazırladı: Şakir CƏFƏROV |