Oktyabrın
28-də Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə
paytaxtın Suraxanı rayonunda yerləşən orta
ümumtəhsil müəssisələrində növbəti monitorinq
keçirilib. Kütləvi informasiya vasitələri
nümayəndələrinin iştirak etdiyi monitorinqin
əsas məqsədi şagirdlərin dərsə davamiyyətini
müəyyənləşdirmək olub.
Media nümayəndələrinin seçimi əsasında
monitorinq 278 və 285 nömrəli orta məktəblərdə
aparılıb. Monitorinq zamanı qeyd olunan təhsil
müəssisələrində şagirdlərin dərsə davamiyyətinin
95-97% olduğu müəyyən edilib. Monitorinq qrupu,
həmçinin məktəblərdə tədrisin təşkilinin bir
sıra digər məsələləri ilə maraqlanıb,
jurnalistlərin sualları cavablandırılıb.
Qeyd edək ki, monitorinq bu ilin sonunadək davam
etdiriləcək.
Niyazi RƏHİMOV |