Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

4 Noyabr 2011 - ¹43

 

Naxçıvanın müstəqillik tarixinə həsr olunmuş ilk qiymətli tədqiqat əsəri

 

Naxçıvan Dövlət Universitetində Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin sədri, əməkdar elm xadimi, akademik İsmayıl Hacıyevin "Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatı, sosial-iqtisadi və mədəni inkişafı (1991-2011-ci illər)" kitabının təqdimatı keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan rektor, akademik İsa Həbibbəyli ümummilli lider, müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş kitabı Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə dəyərli töhfə adlandırmışdır. Qeyd olunmuşdur ki, azərbaycanşünaslıq, o cümlədən naxçıvanşünaslıq istiqamətində, Naxçıvanın müstəqillik tarixinin öyrənilməsi baxımından fundamental tədqiqat əsəri olan monoqrafiyada qiymətli tarixi faktlar və statistik məlumatlar elmi prinsiplər əsasında, sistemli şəkildə təhlil və tədqiq olunmuş, maraqlı müqayisə və paralellər aparılmışdır. Monoqrafiyada ümummilli lider Heydər Əliyevin Naxçıvandakı siyasi fəaliyyəti, qəbul etdiyi qətiyyətli qərarlar, yerli əhalinin respublikada baş verən ictimai-siyasi proseslərdə fəal iştirakı, Prezident İlham Əliyevin və muxtar respublika rəhbərliyinin məqsədyönlü fəaliyyəti nəticəsində regionda gedən çoxcəhətli dinamik inkişaf  öz əksini tapmışdır. Kitabın sonunda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun qərar və sərəncamlarının toplu halında verilməsi regionun idarəetmə, qanunvericilik tarixinin öyrənilməsi baxımından da əhəmiyyətlidir. Akademik İsa Həbibbəyli iqtisadi inkişafın Naxçıvan modelinin elmi inikası olan yeni nəşrin ali məktəblərin iqtisad fakültələrinin tələbələri üçün dərslik, gələcək elmi tədqiqatlar üçün qiymətli elmi mənbə olacağını vurğulayaraq kollektiv adından müəllifə yeni-yeni elmi nailiyyətlər arzulamışdır.

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, professor Hacı Fəxrəddin Səfərli Naxçıvanda elmin inkişafından, AMEA Naxçıvan Bölməsinin bu istiqamətdə uğurlu fəaliyyətindən danışmış, monoqrafiya haqqında ətraflı məruzə etmişdir. 

Tanınmış tarixçi, qafqazşünas, yazıçı-publisist Rudolf İvanov əsərin Azərbaycanın müasir dövlətçilik tarixinin öyrənilməsi baxımından əhəmiyyətindən danışmış, kitabdan da göründüyü kimi, Naxçıvanın uzun illər blokadada olmasına baxmayaraq, misli görünməmiş tərəqqisinin əsl idarəetmə nümunəsi sayıla biləcəyini söyləmişdir.

Sonda müəllif tədbirin təşkilatçılarına, kitabın araya-ərsəyə gəlməsində əməyi keçənlərə minnətdarlığını bildirmişdır.

Mehriban SULTAN

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov