Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

4 Noyabr 2011 - ¹43

 

Müəllim hazırlığı sahəsində problemlər müzakirə olundu

 

Oktyabrın 28-29-da Azərbaycan Müəllimlər İnstitutunda "Müəllim hazırlığının müasir problemləri" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Konfransın oktyabrın 28-də keçirilən plenar iclasında Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, nazirliyin müvafiq şöbələrinin və struktur bölmələrinin rəhbərləri, Türkiyə, Rusiya, Ukrayna, Fransa və Gürcüstanın, eləcə də Azərbaycanın ali məktəblərinin nümayəndələri iştirak edirdilər.

İştirakçılar tədbirdən öncə institutda yaradılmış Heydər Əliyev Mərkəzi ilə tanış oldular. AMİ-nin rektoru Aqiyə Naxçıvanlı konfransı açaraq qeyd etdi ki, hazırda postsovet ölkələrinin təhsil sistemləri keçid dövrünü yaşayır. Bu dövrdə innovasiyaların mənimsənilməsi böyük əhəmiyyət kəsb edir. Bir tərəfdən sovet təhsil sisteminin köhnəlmiş prinsiplərindən əl çəkmək, digər tərəfdən o sistemin müsbət cəhətlərini qoruyub saxlamaq və inkişaf etdirmək müasir təhsil sisteminin qarşısında duran ən mühüm vəzifələrdən biridir. Hazırda Azərbaycanın təhsil sistemi dünya təhsil məkanına sürətlə inteqrasiya edir. AMİ-nin yaranma tarixi və fəaliyyətindən, mövcud problemlərdən söz açan rektor iştirakçıların diqqətinə çatdırdı ki, hazırda bu təhsl ocağında 10 min tələbə, 150 magistr təhsil  alır, 700 nəfərdən artıq professor-müəllim heyəti çalışır.

Sonra təhsil naziri Misir Mərdanov "Müəllim hazırlığının aktual problemləri" mövzusunda məruzə ilə çıxış etdi.

Konfransın çox vacib bir məsələyə həsr olunduğunu deyən təhsil naziri bildirdi ki, hər bir ölkənin gələcəyi məktəbin və müəllimin bugünkü qlobal çağırışlara necə cavab verməsindən asılıdır. Danılmaz faktdır ki, müəllim cəmiyyəti yaxşılığa doğru dəyişdirməyə qadir olan həlledici qüvvədir. Bu səbəbdən hazırda ali məktəb qarşısında yeni nəsil müəllimlərin hazırlanması və pedaqoji kadrların ixtisasartmasının müasir, daha səmərəli modelinin yaradılması kimi mühüm vəzifələr durur.

Ölkəmizdə təhsilə və müəllimlərə daim yüksək dövlət qayğısı göstərildiyini vurğulayan nazir diqqətə çatdırdı ki, müstəqillik illərində pedaqoji işçilərin əməkhaqqı 10 dəfədən çox artmışdır. Son bir neçə il ərzində ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə 2500-ə yaxın müəllim müxtəlif mükafatlara layiq görülmüşdür. Müəllimlərin innovasiya fəaliyyətini inkişaf etdirmək məqsədilə 2008-ci ildən başlayaraq dövlət başçısının müvafiq sərəncamı ilə ölkəmizdə "Ən yaxşı müəllim" və "Ən yaxşı məktəb" müsabiqələri keçirilir.

Təhsil naziri ölkə Prezidentinin sərəncamına əsasən hazırlanmış "Təhsil müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya" təsdiq edildikdən sonra müəllimin statusunun yüksəldilməsi və əməyinin stimullaşdırılması sahəsində müsbət dəyişikliklərin olacağına ümid etdiyini bildirdi. Qeyd etdi ki, müəllimin maddi cəhətdən stimullaşdırılması, sosial statusunun yüksəldilməsi və həyat şəraitinin yaxşılaşdırılması sahəsində görülən işlər pedaqoji kadr hazırlığı aparılan ali təhsil müəssisələrimizin statusunun da əsaslı şəkildə dəyişməsinə səbəb olacaqdır.

Nazirin məruzəsində daha sonra son illər ölkəmizdə müəllim hazırlığı ilə bağlı görülən işlərdən, bu sahədə mövcud olan problemlərdən və onların həlli istiqamətində həyata keçirilən tədbirlərdən bəhs olundu. Konfrans iştirakçılarına məlumat verildi ki, müəllim hazırlığı sahəsindəki problemləri kompleks şəkildə həll etmək məqsədilə Təhsil Nazirliyi tərəfindən Dünya Bankının ayırdığı kreditin bir hissəsinin fasiləsiz pedaqoji təhsilin konsepsiyasının, ibtidai sinif müəllimi hazırlığı kurikulumunun, habelə "Təhsilin əsasları" adlı yeni fənnin proqram və dərsliyinin hazırlanmasına yönəldilməsi qərara alınıb. Bu işə ölkəmizin aparıcı alim və mütəxəssisləri, beynəlxalq və milli ekspertlər cəlb olunub. Onların gərgin əməyi nəticəsində fasiləsiz pedaqoji təhsil sisteminə daxil olan tədris müəssisələrinin sosial statusunun möhkəmləndirilməsini, təlim və tərbiyə prosesinin vahidliyini, sistemin  dövlət, ictimai və şəxsi prioritetlərini təmin edən "Fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının konsepsiya və strategiyası" hazırlanıb.

Sonra Moskva Açıq Avrasiya İnstitutunun professoru, Psixologiya Elmləri Beynəlxalq Akademiyasının akademiki, psixologiya elmləri doktoru Aleksandr Morozov "Yeni tip müəllimin formalaşması müasir təhsilin inkişafının əsas faktoru kimi" mövzusunda məruzə-təqdimatla çıxış etdi.

Plenar iclasın sonunda Ukrayna Milli Bioresurslar və  Təbiətdənistifadə Universiteti haqqında film nümayiş etdirildi.

Sonra konfransın işi bölmələrdə davam etdirildi.

***

Oktyabrın 29-da "Müəllim hazırlığının müasir problemləri" mövzusunda beynəlxalq elmi konfransın yekun iclası keçirildi. AMİ-nin rektoru Aqiyə Naxçıvanlı  bu tədbirdə fəal iştirak edən nümayəndələrə, xüsusən də xarici ölkələrdən gələn qonaqlara minnətdarlığını bildirdi.

İclasda bölmə sədrlərinin hesabatları dinlənildi, müəllim hazırlığı sahəsində mövcud problemlər təhlil edildi, maraqlı təkliflər səsləndi.

Konfransın işinə qətnamənin qəbul edilməsi ilə yekun vuruldu. Xarici ölkələrdən gələn nümayəndələrə bu tədbirlə bağlı fotoalbom və hədiyyələr təqdim olundu. 

Hicran ƏKBƏROVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov