Bakıdakı
10 nömrəli peşə məktəbinin direktoru Səyyar
Abdullayevdən aldığımız məlumatda bildirilir ki,
əvvəlki illərdən fərqli olaraq bu il məktəbdə
xeyli iş görülmüşdür. Məktəb təmir olunmuş və
şagirdlərin peşələrə dərindən yiyələnməsi üçün
lazımi şərait yaradılmışdır.
Hazırda peşə məktəbində 220 şagird təhsil alır
ki, onların təlim- tərbiyəsi ilə 17 fənn
müəllimi, 11 istehsalat təlimi ustası məşğul
olur. Bütün dərslər tədris istehsalat işləri
üzrə direktor müavini Xuraman Hacıyevanın
rəhbərliyi altında fənn kabinetlərində keçilir.
Pedaqoji kollektivin hər bir üzvü interaktiv
təlim metodlarından istifadə etməklə dərslərini
yüksək səviyyədə qururlar. Şagirdlər tikişçi,
tikiş avadanlığının operatoru, qadın bərbəri,
manikürçü, mühasib, fərdi kompüter operatoru və
s. peşələri dərindən öyrənirlər.
Keçən il bu təhsil ocağını 167 nəfər
bitirmişdir. Bu gün onlar respublikanın müxtəlif
bölgələrində işləsələr də, təhsil aldıqları
məktəblə əlaqə saxlamağı da unutmurlar.
Şakir CƏFƏROV |