Azərbaycan
Diplomatik Akademiyasının (ADA) Kitab Mərkəzi "Azərbaycan-Latın
Amerikası Gəncləri" İctimai Birliyi (ALAG) ilə
birlikdə "İspan dilində film gecəsi
�
mədəniyyətlərarası dialoq" layihəsinə start
vermişdir.
ADA-nın mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki, layihə ispan dilində filmin
nümayişindən ibarətdir.
Tədbir iştirakçılarına 2010-cu ildə "Ən yaxşı
xarici film" nominasiyasında Oskar mükafatı
qazanmış "Gözlərindəki sirr" Argentina filmi
təqdim edilmişdir. Rejissoru Xuan Xose
Kampanella olan filmdə baş rollarda Rikardo
Darin, Soledad Villamil və Pablo Rago
çəkilmişlər. İspan dilində nümayiş olunan filmin
bütün mətni ingilis dilində subtitrlərlə
verilmişdir.
Filmin nümayişindən əvvəl ADA Kitab Mərkəzi və
ALAG İctimai Birliyi haqqında qısa təqdimat
olmuş, iştirakçılara nümayiş etdiriləcək filmin
süjet xətti, janrı, aktyor heyəti barədə qısa
məlumat verilmişdir. Layihənin əsas məqsədi
gənclərin dil bacarıqlarını və
mədəniyyətlərarası dialoqu xarici dil əsasında
praktiki şəkildə inkişaf etdirməkdir.
Özünəməxsusluğu ilə ədəbi ictimaiyyətin görüş
məkanına çevrilmiş ADA Kitab Mərkəzi bu il
aprelin 22-dən fəaliyyət göstərir. Mərkəzin
yaradıcı, müasir üslublu dizaynı, geniş çeşiddə
Azərbaycan, rus və ingilis dillərində kitabları
bütün oxucuların diqqətini cəlb edir.
Qeyd edək ki, ALAG İctimai Birliyi gənclərimizin
xarici dilə, xüsusilə ispan və portuqal
dillərinə mükəmməl yiyələnmək, Azərbaycan ilə
Latın Amerikası gəncləri arasında ünsiyyətin
artırılması, ispandilli ölkələrlə dostluq
əlaqələrinin qurulması məqsədi ilə fəaliyyət
göstərir. |