Bakının Xətai rayonunda yerləşən 204 nömrəli
orta məktəbdə "Müstəqilliyimiz əbədidir"
mövzusunda tədbir keçirildi. Tədbir səhnəyə
üçrəngli dövlət bayrağının gətirilməsi və
Azərbaycanın müstəqilliyi, torpaqlarımızın
bölünməzliyi uğrunda mübarizələrdə şəhid olmuş
qəhrəman oğul və qızlarımızın xatirəsinin bir
dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Şagirdlər Dövlət himnimizi ifa etdilər. Sonra
məktəbin direktoru Ziba Rzayeva çıxış edərək
müstəqilliyimizin bərpası, müstəqillik illərində
ölkəmizdə gedən böyük inkişaf yolu haqqında
geniş məlumat verdi. Bildirdi ki, 1993-cü ildə
böyük siyasətçi və dövlət xadimi, ümummilli
liderimiz Heydər Əliyevin xalqın tələbi və
təkidi ilə ikinci dəfə hakimiyyətə gəlməsi,
yeritdiyi müdrik siyasət nəticəsində dövlət
müstəqilliyimiz möhkəmləndi, ulu öndərin memarı
olduğu müasir Azərbaycan böyük bir inkişaf
yoluna qədəm qoydu.
Çıxışlarda vurğulandı ki, ulu öndərin siyasi
kursunu qətiyyətlə davam etdirən layiqli varisi,
ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə
həyata keçirilən nəhəng quruculuq işləri
nəticəsində son illər ölkəmiz daha da inkişaf
etmiş, bütün sahələrdə uğurlar qazanılmışdır.
Şagirdlərdən Türkan, Nuray, Aytac, Sevinc,
Rövşanə, Murad, Ənvər vətənpərvərlik ruhunda
şeirlər söylədilər, mahnılar ifa etdilər.
Bildirildi ki, bu gün qarşımızda duran ən mühüm
vəzifə Azərbaycanın ərazi bütövlüyünün bərpa
edilməsi, işğal olunmuş torpaqlarımızın azad
olunaraq geri qaytarılmasıdır.
Müstəqil Azərbaycanın qurucusu və memarı, ulu
öndər Heydər Əliyevə həsr olunmuş film nümayiş
olundu.
Rəşad ZİYADOV |
|