Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

28 Oktyabr 2011 - ¹42

 

Azərbaycanın təhsil nazirləri

Rəhim Kərəm oğlu Rəhimov

 

Rəhim Kərəm oğlu Rəhimov 1920-ci ildə Naxçıvan MR Şərur rayonunun Qıvraq kəndində anadan olub.  1941-ci ildə Naxçıvan Müəllimlər İnstitutunun fizika-riyaziyyat şöbəsini bitirib. 1941-1942-ci illərdə Naxçıvan MR-in Qarabağlar kənd orta məktəbində müəllim işləyib, hərbi xidmətini başa vurduqdan sonra isə Nehrəm kənd orta məktəbinə direktor təyin olunub.  1944-cü ildə Azərbaycan KP MK-nın nəzdində birillik partiya məktəbinə oxumağa göndərilib. Sonra Azərbaycan KP-nin Naxçıvan Vilayət Partiya Komitəsində təlimatçı, Culfa rayon Partiya Komitəsinin ikinci katibi və Naxçıvan Vilayət Partiya Komitəsinin Təbliğat və təşviqat şöbəsinin müdiri vəzifələrində (1945-1948) çalışıb. 1948-1959-cu illərdə Naxçıvan MSSR Nazirlər Sovetinin sədrinin birinci müavini və Naxçıvan MSSR Nazirlər Sovetinin sədri vəzifələrində işləyib. 1949-1952-ci illərdə Sov.İKP MK yanında Ali Partiya Məktəbində təhsil alıb.

1959-1961-ci illərdə Ümumittifaq Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi Tədqiqat İnstitutunun aspiranturasında oxuyub. 1962-ci ildə iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb.

1959-cu ilin mart ayında Azərbaycan SSR Ali Soveti Rəhim Rəhimovu xalq maarifi naziri təyin edib. 1961-ci ilin fevralına qədər bu vəzifədə çalışıb, respublikamızda elmin və təhsilin inkişafı üçün əhəmiyyətli işlər görməyə nail olub.

1961-1981-ci illərdə Azərbaycan Dövlət Plan Komitəsində kollegiya üzvü və şöbə müdiri kimi fəaliyyət göstərib. Sonralar Azərbaycan Texnologiya Universitetinin rektoru (1981-1986), Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun rektoru (1986-2001) olub. 2001-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət İqtisad Universitetində kafedra müdiri vəzifəsində çalışıb.

Naxçıvan MSSR, Azərbaycan SSR Ali Sovetinin (IV çağırış) və SSRİ Ali Sovetinin (V çağırış) deputatı olub. Azərbaycan KP MK-nın üzvü seçilib. Azərbaycan Texnologiya Universitetinin və Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun yaradılmasında Rəhim Rəhimovun xüsusi əməyi vardır.

Əzmkarlığı, dəqiqliyi, işgüzarlığı ilə fərqlənən Rəhim Rəhimov "Böyük Vətən müharibəsi", "Qırmızı Əmək Bayrağı" ordenləri və 10-dan artıq medalla təltif olunub. SSRİ Təhsil Nazirliyi və Azərbaycan SSR-in Təhsil Nazirliyi tərəfindən Fəxri fərmanlara layiq görülüb.

1999-cu ildə Azərbaycan Ziyalılar Cəmiyyətinin "İlin fəxri ziyalısı" diplomu ilə təltif edilib. Respublika Ağsaqqallar Şurasının üzvü olub.

Azərbaycan SSR-in əməkdar iqtisadçısı, professor Rəhim Rəhimov 2009-cu ildə vəfat edib.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Azərbaycanın təhsil nazirləri" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov