Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

28 Oktyabr 2011 - ¹42

 

Xarici dil kurikulumu

 

Beynəlxalq təcrübəyə əsaslanaraq müasir kurikulumların hazırlanması və tətbiqi xarici dilin tədrisində qazanılan böyük uğurdan xəbər verir. Yeni kurikuluma görə müasir xarici dil müəllimi kurikulumlar çərçivəsində xarici dil fənninin mühüm rolunu nəzərə alaraq müxtəlif məzmunlu təlim fəaliyyətlərini tətbiq etmək yollarını dərindən mənimsəməlidir.  Artiq biz müəllimlər nəticəyönümlü təlimin nə demək olduğunu  tam olaraq anlamalı, məzmun xətləri və alt-standartlardan düzgün istifadə edərək xarici dili  əlverişli və məhsuldar öyrətmək  yollarına yiyələnməliyik.

Hər bir standartı seçən müəllim onu tətbiq edərkən çox asan yolla onun açılması və mənimsənilməsinə, tədris etdiyi fənnin verəcəyi yeni bilik, bacarıq və vərdişlər əsasında şəxsi keyfiyyətlər aşılamağa nail olmalıdır.

Xarici dil kurikulumu şagird, müəllim, valideyn və cəmiyyətin digər üzvləri üçün maraq doğuran konseptual bir sənəd olub xarici dil təliminin məqsədlərini, bu məqsədlərə nail olmaq üçün bütün fəaliyyətləri əhatə edir. Bu sənəd hər bir şagirdin həm maraq və həm də  meyilləri nəzərə alınmaqla onların nitq, dil, bacarıq və vərdişlərini inkişaf etdirməyi nəzərdə tutur. Bu kurikulum təlim məqsədlərinin müəyyənləşdirilməsində, təlim nəticələrinin reallaşması üçün xüsusi metodikaların seçilməsində mühüm rol oynayır, fəndaxili və fənlərarası inteqrasiyanı, təlim strategiyalarını, təlimin təşkilinə verilən tələbləri, forma və üsulları barədə tövsiyələri özündə əks etdirir.  Burada hər bir məzmun xəttinə görə təhsil pillələri üzrə şagird bacarıqlarının inkişafı, məzmun xətlərinin bir-biri ilə qarşılıqlı əlaqəsi nəzərdə tutulur. Xarici dil kurikulumu dil və sosial-mədəni biliklər əsasında kommunikativ nitq bacarıqlarının formalaşdırılmasını əhatə etməklə nəticəyönümlü məzmun standartlarına uyğun olaraq sadədən mürəkkəbə, asandan çətinə prinsipləri əsasında qurulur, şagird nailiyyətlərini izləməyə və  eləcə də qiymətləndirməyə imkan yaradır. Məzmun standartları müəyyən edilərkən idraki, informativ-kommunikativ və yaradıcı fəaliyyətlər, düşüncə, emosional və psixomotor bacarıqların formalaşdırılması əsas götürülür.

Xarici dilə yiyələnən şəxs bilavasitə beynəlxalq arenaya çıxaraq öz xalqının milli mənəvi dəyərlərini, qazandığı nailiyyətləri başqalarına çatdırmaq, onlarla həmin dildə fikir və təcrübə mübadiləsi aparmaq imkanı əldə edir. Xarici dil vasitəsilə müxtəlif xalqlarla ünsiyyət, yeni mədəniyyətlərlə tanışlıq şagirdin yüksək səviyyəli layiqli vətəndaş, yaradıcı və tənqidi düşünən şəxsiyyət kimi yetişməsində mühüm rol oynayır.

Xarici dilin öyrənilməsi şagirddə ünsiyyət və kommunikasiya əlaqələrini genişləndirir, dünyaya yeni baxış formalaşdırmasına zəmin yaradır. Xarici dil təlimi vasitəsilə şagirdlərdə başqa xalqların dil və mədəniyyətinə, milli mənəvi dəyərlərinə hörmət, tolerantlıq hissi tərbiyə olunur, formalaşdırılır.

Xarici dil şagirdlərin linqvistik biliklərini genişləndirir, ünsiyyət mədəniyyətinin formalaşmasında mühüm rol oynayır və nitq inkişafına müsbət təsir göstərir. Təlimdə şagirdlər üçün bərabər imkanlar yaradılır. Bütün şagirdlərə eyni təlim şəraiti yaradılır və pedaqoji proses onların potensial imkanları nəzərə alınmaqla tənzimlənir.

Göründüyü kimi, ümumtəhsil məktəblərində xarici dilin tədrisinin əsas məqsədi nitq, dil və kommunikativ bacarıq və vərdişlərin formalaşdırılmasına xidmət edir. 

Tahirə ƏSƏDOVA,
Xırdalan şəhər 9
nömrəli orta məktəbin ingilis dili müəllimi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov